Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan Nikosiyaya qədər qurulan türk üçbucağı və Şərqi Aralıq dənizi ittifaqları...

Ankara KKTC və Azərbaycan arasında qurulmaqda olan türk üçbucağının mərkəzində dayanıb...

Onur Sinan Güzaltan
“Aydınlık” qəzeti, Türkiyə, 18 noyabr 2020-ci il

Türk xarici siyasətinin əsas təməl daşlarını təşkil edən Kiprdə və Qafqaz bölgəsində on illərdir davam edən status-kvo məsələsi bir neçə həftə içində Türkiyə və müttəfiqlərinin xeyrinə dəyişib, lakin hələ də başa çatmayıb.

Hərbi, siyasi və diplomatik sahələrdə bir-birinin ardınca yeni proseslər baş verərkən, dəyişilməz hesab olunan xəritələr də dəyişir. Bu cür müsbət prosesləri tətikləyən iki əsas dinamika var:

1) Türkiyəyə qarşı olan ABŞ və AB-nin müxtəlif səbəblərə görə gücünü itirdikdən sonra beynəlxalq şərtlərin əlverişli hala gəlməsi;

2) Ankaranın Kipr və Qafqaz məsələsində izlədiyi xarici siyasətin yenidən Türkiyənin geosiyasi zərurətlərinə uyğun hala gəlməsi.

Ankara, Nikosiya və Bakı arasında bir türk üçbucağı qurulur. Prosesin necə davam edəcəyi və hansı yollarla aparılacağı maraq doğurur.

Nikosiyadan Bakıya uzanan xətt

Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) və Azərbaycanda yaşanan müsbət proseslərdə Türkiyə böyük rol oynadı. Türkiyə hökuməti Kipr məsələsində Avropa Birliyi və Yunan Rəhbərliyinin (GKRY) əlini gücləndirən siyasəti artıq bir kənara qoyduğu üçün adadakı balans tamamilə dəyişdi.

Mərhum prezident Rauf Denktaşın xətti Ersin Tatarın prezident seçilməsi ilə bir daha KKTC-yə hakim oldu. Bundan dərhal sonra Ankara adada iki dövlətli həll formulunu beynəlxalq ictimaiyyətin gündəminə gətirdi. 46 ildir Qərbin təzyiqlərinə görə bağlı qalan Maraş açıldı.

Mətbuatda prezident Tatarın yaxın günlərdə Bakıya rəsmi səfər edəcəyi bildirilir və bundan Azərbaycanın KKTC-ni tanıma ərəfəsində olduğu başa düşülə bilər.

Qeyd edək ki, adada dəniz bazası yaratmaq da Türkiyənin gündəmindədir. Nəticədə, Ankara, ardıcıl gedişləri ilə Şərqi Aralıq dənizindəki strateji əhəmiyyətli Kipr mövqeyini gücləndirdi.

Digər tərəfdən, Qafqaz cəbhəsində bütün nizamı dəyişdirən mühüm proseslər də baş verdi. Azərbaycan işğalçı Ermənistana qarşı ardıcıl hərbi uğurlarla Paşinyan hökumətini təslim olmağa məcbur etdi. Türkiyə ilə Rusiyanın daxil olduğu prosesdə imzalanan razılaşma ilə Bakı rəhbərliyi hərbi sahədə qazandığı uğurları masada da rəsmiləşdirdi.

Azərbaycan Dağlıq Qarabağın strateji nöqtələrini işğaldan azad etməklə yanaşı, həm də Naxçıvana keçid dəhlizi açmağı bacardı. Beləliklə, fiziki baxımdan da Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqə quruldu. Bu günə qədər Qərblə balanslı münasibətlərin tərəfdarı olan Azərbaycan prezidenti İlham Əliyevin müharibə zamanı və sonrasında Corc Sorosla imperializmi tez-tez vurğulaması və Qərb mərkəzli mediaya qarşı sərt mövqe göstərməsi Azərbaycanda yeni bir istiqamət olduğuna işarə edir.

Bu müddətdə Ankara-BakıMoskva arasında bəzən problemli şəkildə də olsa nəticədə yaradılmış xətt Qafqazı Suriya və Liviyadan sonra Rusiya ilə Türkiyə arasında yeni bir iş sahəsinə çevirdi.

Fransanın aparıcı qəzetlərindən biri olan “Le Figaro”nun “Dağlıq Qarabağ: Qərb diplomatiyası yadlaşır” başlığı ilə hazırladığı xəbərdə: “Moskva və Ankara özlərini Qafqazda regional nizamın rəhbəri kimi qəbul etdirdilər”, deyə şərh verməsi Qafqazdakı vəziyyəti qısaca izah edir.

Kipr və Qafqaz təcrübələrini birlikdə araşdırdıqda üç əsas nəticəni çıxara bilərik:

1) Türkiyə Kipr və Azərbaycanda açıq şəkildə anti-Qərb qüvvələri ilə mübarizə apardığını göstərdi və buna uyğun mövqe tutdu.

2) Türkiyə Qafqaz cəbhəsini də Rusiya ilə iş birliyi apardığı sahələrə əlavə etdi. Digər tərəfdən, ənənəvi olaraq Kipr məsələsində yunan administrasiyasının yanında olan Moskvanın son proseslər qarşısında susması türk-rus işbirliyinin Kipr üzərindən Şərqi Aralıq dənizində də cücərdiyini göstərir.

3) Türkiyə Azərbaycan və KKTC arasında birbaşa əlaqələrin qurulması istiqamətində addımlar ataraq Şərqi Aralıq dənizindən Qafqaza qədər vahid bir cəbhə yaratmaq yoluna girdi.

Xülasə, Türkiyə Qərbdən gələn təhdidlərə qarşı KKTC və Azərbaycanla birlikdə bir Türkiyə üçbucağı yaradaraq Rusiyanı da yanına çəkən bir siyasət meydana gətirməyə çalışır.

Növbəti addımlar

Pandemiya və iqtisadi böhranla yanaşı, görünür, ABŞ-da keçirilən seçki nəticələrinin dəqiqləşməsi ilə sərt bir qış yaşayırıq. Bölgədə ABŞ və müttəfiqlərindən əks həmlələr gəlməsi isə heç təəccüblü olmayacaq. Belə ki:

1) Aralıq dənizində Türkiyə ilə ərəb ölkələri arasındakı qarşıdurmaların qızışacağı bir prosesə girəcəyik. Bu nöqtədə Misirin Türkiyə əleyhinə bir cəbhəyə çəkilmədən tərəfsiz qalması və bəzi məsələlərdə ABŞ-la anlaşmazlıq yaşayan Səudiyyə Ərəbistanı ilə yeni münasibət modelləri yaradılması da faydalı olacaq.

Digər tərəfdən, ABŞ-dakı yeni administrasiyanın Qətərlə bağlı atacağı addımlara qarşı da tədbir görülməlidir.

2. Türkiyə və Rusiya ilə əməkdaşlığı pozmaq üçün Suriya və Liviyada bəzi təxribatlar baş verə bilər. Bu cür cəhdlərin qarşısını almaq üçün Suriyada Əsəd rəhbərliyini də əhatə edən Türkiyə-Rusiya-İran ortaqlığı gücləndirilməlidir.

Moskvanın izlədiyi xarici siyasət çərçivəsində bölgə paytaxtları ilə münasibətləri normal saxlamağa çalışdığı görünür. Moskvanın bir tərəfdən Türkiyə ilə geniş sahələrdə iş birliyi qurub, digər tərəfdən Qara dənizdə Misir gəmisi ilə ortaq əməliyyat keçirməsi 360 dərəcəli siyasətin sadə bir nümunəsidir. Bu baxımdan, Ankara-Moskva və Qahirə arasında Liviya ilə bağlı olacaq bir ittifaq hər kəsin maraqlarına uyğun olacaq və bölgədəki qızışdırmalara qarşı güclü müdafiə yaradacaq.

3) Qafqazdakı proseslərlə bağlı İranda yaşayan türklər üzərindən Ankara-Tehran münasibətlərinə zərbə vurmağa çalışa bilərlər. Türkiyə-İranAzərbaycanın bu həmlələrə qarşı atacağı ortaq addımlar qızışdırma cəhdlərini boşa çıxara və bölgəni rahatlaşdıra bilər.

ABŞ və AB-nin geri çəkilməsi ilə yeni fürsətlər doğulur. Xarici siyasətlə yanaşı, daxildə də doğru iqtisadi tədbirlərin görülməsi və ən əsası, ictimai tarazlığın qorunması Türkiyəni daha da irəli aparacaq.

Ankara KKTC və Azərbaycan arasında qurulmaqda olan türk üçbucağının mərkəzindədir. Rusiya ilə qurulan ortaqlıq isə sözügedən ittifaqı regional səviyyəyə yüksəldir. Növbəti həmlə Şərqi Aralıq dənizinin digər ucunu imperializmin təsirindən xilas etmək və Qafqazdan Aralıq dənizinə qədər geniş bir ittifaqın ilk təməllərini atmaq olmalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar