Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərə yol hansı istiqamətdən olacaq? – Təkliflər

“İşğaldan azad olunan ərazilərimizdə çoxlu sayda yolların yenidən qurulmasına və yeni yolların çəkilməsinə ehtiyac var. FüzuliŞuşa avtomobil yolunun çəkilməsi həm iqtisadi-siyasi, həm də sosial-mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır”.

PİA.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, növbəti belə möhtəşəm layihə Kəlbəcər istiqamətində olmalıdır:

"Təəssüf ki, Tərtər-Kəlbəcər yolu sülhməramlıların nəzarəti altında olacaq. Ona görə də şanlı Ordumuzun etibarlı logistikasını təmin etmək, həmçinin mülki əhalinin və dövlət qurumlarının tam maneəsiz istifadəsi üçün Kəlbəcərə gedən Göygöl-Toğana-Kəlbəcər yolu mükəmməl şəkildə yenidən tikilməlidir. Bundan başqa Daşkəsənin Xoşbulaq kəndi istiqamətindən Kəlbəcərin Lev kəndi istiqamətinə yeni yol çəkilməlidir. Eyni zamanda Kəlbəcər-Laçın yolu da mükəmməl yola çevrilməlidir. Bir sözlə, yol çəkənlərimizi ağır, amma şərəfli işlər gözləyir".

Qeyd edək ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına başlanılıb. (Yeni Sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar