Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı və Azərbaycan Dağlıq Qarabağda humanitar əməkdaşlıq məsələlərini müzakirə edib

Noyabrın 17-də Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovart ilə Ermənistanın işğalçılıq siyasətinin nəticələrini və Azərbaycanın humanitar ehtiyaclarını müzakirə edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, hərbi əməliyyatlar zamanı Ermənistan silahlı birləşmələrinin cəbhə zonasından uzaq yaşayış məntəqələrini artilleriya və raket atəşinə məruz qoyması nəticəsində mülki şəxslər, o cümlədən məcburi köçkünlər arasında ölənlər və yaralananlar var.

“Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə istifadəyə verilmiş qəsəbələr də daxil olmaqla, 300-dən çox müvəqqəti məskunlaşma obyekti qismən, yaxud tamamilə dağıdılıb. Mütəmadi atəşə tutulan Ağdam, Tərtər, Goranboy, Füzuli, BərdəCəbrayıl rayonlarında məskunlaşmış köçkünlər digər rayonlara təxliyə olunub. Bu ailələrin ərzaq, qeyri-ərzaq, tibbi yardım və digər ləvazimatlara ehtiyacı var”, deyə Fuad Hüseynov onlayn qaydada keçirilən görüşdə qeyd edib.

Bundan başqa, nəzərə çatdırılıb ki, 30 ilə yaxın işğal altında saxlanılan rayonlar tamamilə dağıdılıb, yaşayış üçün yararsız hala salınıb.

Azərbaycan, ErmənistanRusiya rəhbərlərinin bu il noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq Kəlbəcər rayonunu tərk edən ermənilər evləri, məktəbləri, meşələri yandırır, ağacları kəsib aparırlar. Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərinə dəyən zərərin qiymətləndirilməsinə ekspertlər cəlb edəcək”.

Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovart bildirib ki, missiyanın məqsədi Avropa İttifaqı ilə Azərbaycan arasında humanitar əməkdaşlığı müzakirə etmək, həmçinin, Aİ tərəfindən edilə biləcək yardımların formasını, eyni zamanda Qarabağda gələcəkdə nəzərdə tutulan bərpa və qurulucuq işlərində dəstəyini müəyyənləşdirməkdir.

“Missiya məcburi köçkünlərin, eyni zamanda, hərbi əməliyyatlar zamanı zərər görmüş mülki şəxslərin ehtiyaclarını öyrənəcək və Avropa İttifaqının bu ailələrə necə dəstək verəcəyini müəyyən edəcək”, deyə Nikolas Qovart qeyd edib. -03-

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar