Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa erməniləri necə və niyə dəstəkləyir

Mənəviyyatsızlığı plüralizm və fikir ayrılığı, əxlaqsızlığı demokratiya, dini zəmində insanları təhqir etməyi isə söz azadlığı sayan Charlie Hebdo jurnalında “Ermənistan-Azərbaycan: ne riez pas, le Haut-Karabakh, ça nous concerne” ("Ermənistan-Azərbaycan: gülməyin, Dağlıq Qarabağın bizə də dəxli var" ") başlıqlı məqalə dərc olunub.

Jurnalın redaktoru Jan-İv Kamyunun yazdığı məqalə "Cihadçılar: Ermənistanda yeni həyat. Onlar kürdlərlə müqayisədə daha mehribandır" yazılmış karikatura ilə müşayiət olunur.

Həmin məqalədən sadəcə, bir hissəni tərcümə edərək təqdim edirəm.

Oxuyun və görün ki, Charlie Hebdo nədir, Fransa erməniləri necə və niyə dəstəkləyir:
 
"Davakar və revanşist Türkiyə ilə ondan az davakar və ekspansionist olmayan Azərbaycan arasında tələ qalmış Dağlıq Qarabağ erməniləri böyük bəlaya düşüblər. Onlar anlayırlar ki, Avropa demokratiyalarının ən böyük unutqanlığına tuş gəliblər.

Ermənistanla Azərbaycan arasında davam edən hərbi qarşıdurma hər birimizdən kiminsə tərəfini tutmağı tələb edir. Öz tərəfimdən deyə bilərəm ki, bütünlüklə Erməənistanı və onun daimi savaş, Türkiyə iləə Azərbaycan arasında blokada olmadan, silahlı hücumlara məruz qalmadan, mövcudluğuna son qoyulacağı qorxusu olmadan yaşamaq hüququnu dəstəkləyirəm.

Hər kəs anlayar ki, Ermənistanda olduğu kimi, erməni diasporunda da 1915-ci il soyqırımından sonra yeni soyqırımın baş vermə qorxusu var. Bu, problemin sadəcə bir, amma tək olmayan hissəsidir. Savaşın hər birimizə dəxli var, çünki səbəblərini bilirik: Bakı Dağlıq Qarabağı ələ keçirmək istəyir.

Mahiyyət etibarilə, Avropa demokratiyalarına Dağlıq Qarabağı müdafiə etmək bu qədər çətindir? Axı yer üzündən silinmələrini istəməyən 150 min insandır sadəcə..."

Elçin ALIOĞLU (dominant.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar