Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada koronavirusa yoluxma ilə bağlı yeni antirekord

Son sutka ərzində dünyada koronavirus infeksiyasına təxminən 657 mindən çox insan yoluxub ki, bu da sutkalıq yoluxma sayına görə ən yüksək göstərici hesab olunur. Qeyd edilir ki, bununla da virusa yoluxanların ümumi sayı 53,16 milyonu keçib. Virusun qurbanlarının sayı isə sutka ərzində 9,8 mindən çox artıb və ümumilikdə 1,3 milyonu keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.

14 noyabr tarixli, Cenevrə vaxtı ilə saat 15:32-yə (Bakı vaxtı 18:32) olan statistikaya görə, dünyada 53 164 803 nəfər yeni növ koronavirusa yoluxub, 1 300 576 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 657 312 nəfərdə koronavirus aşkarlanıb, ölənlərin sayı isə 9797 nəfər artıb.

Son sutka ərzində Avropa regionu yoluxanların sayına görə birinci yeri tutub (285 332), ikinci ən yüksək göstərici Şimali və Cənubi Amerikada müşahidə olunub (269 225), Cənub-Şərqi Asiya isə üçüncü olub (55 551).

ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 10 460 365 nəfər. Onun ardınca Hindistan (8 773 479), Braziliya (5 781 582), Rusiya (1 903 253), Fransa (1 886 286), İspaniya (1 458 591), Böyük Britaniya (1 317 500), Argentina (1 284 519), Kolumbiya (1 174 012) və İtaliya (1 107 303) gəlir. (modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar