Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xankəndi “Stepanakert” kimi qalacaq? - Açıqlama

Müzəffər  Milli Ordumuzun son 44 günlük  savaşı sayəsində Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının böyük bir hissəsini  azad etməsindən və Ermənistanın işğal altında qalan daha 3 rayonumuzun ərazisindən qəsbkar qoşunlarını çıxardacaqları barədə məlum üçtərəfli razılaşmaya imza atmasından sonra, eləcə də bölgəyə Rusiya sülhməramlı qoşununun yeridilməsindən sonra ictimaiyyətdə  bir sıra əndişələr yaranıb. Belə narahatçılıqlardan biri də keçmiş “Dağlıq Qarabağ” adlanan  ərazidə Milli Ordumuzun tam nəzarətində olmayan Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd ərazilərində Azərbaycan idarəçiliyinin necə qurulacağı ilə əlaqədardır.

PİA.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında 1989-1991-ci illərdə isə Xankəndində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti  Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış istefada olan polis polkovniki Sadir Məmmədov bəzi məsələlərə aydınlıq gətirib.

“Əvvəla, inanmıram ki, bundan belə ermənilər arasında  “Dağlıq Qarabağ” adlanan əraziyə çox  qayıdan olsun. Uzaqbaşı, Ermənistanda və ya xaricə köçüb orada yaşamaq imkanı olmayan az sayda erməni qayıdacaq.

İkincisi də, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev açıq şəkildə bəyan etdi ki,  Azərbaycan vətəndaşlığını qəbul edərək  Qarabağda qalacaq ermənilərə heç bir status verilməyəcək. Odur ki, Xankəndidə də, Xocalıda da, Əsgəranda da, Ağdərə də, Xocavənddə də  Bərdə, Kürdəmir, Ağdaş və s. rayonlar kimi Azərbaycan Respublikasının idarəçiliyi olacaq. Yəni buradakı polis də, təhlükəsizlik, icra strukturları da və s. öz müstəqil dövlətimiz tərəfindən qurulacaq.

Üçüncüsü, Xankəndinin adının rəsmən dəyişdirilməyəcəyini, yəni elə “Stepanakert” qalacağını ehtimal edənlər savadsızdırlar. Çünki ən azı, onu düşünmək gərəkdir ki,  “Stepanakert” 1918-ci ildə  Azərbaycanın müsəlman, türk əhalisinə qarşı genosid həyata keçirmiş, yüz minlərlə soydaşımızın qətlinə bais olmuş Stepan Şaumyanın adı verilib. Kimlərsə düşünürsə ki, Azərbaycan dövləti öz tabeçiliyində olan tarixi şəhərdə bir qaniçənin adının qalmasına razı olacaq - onlar savadsızdır”- deyə 1991-ci ildə Xankəndindini sonuncu tərk etmiş rəsmilərdən biri olan keçmiş polis polkovniki vurğulayıb. (moderator.az)

pia.az


Etiket: Xankəndi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar