Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın ən böyük banklarından biri Azərbaycandakı layihələri dəstəkləyəcək

Rusiyanın “Qazprombank” və Azərbaycan Beynəlxalq Bankı (ABB) "Müqavilələr üçün sərhədyanı bank dəstəyi" məhsulunu tanıtmaq üçün müqavilə imzalayıblar.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, saziş iştirakçı banklar arasında Azərbaycanda həyata keçirilən layihələrə bank dəstəyinin göstərilməsi sahəsində əməkdaşlığı nəzərdə tutur.

Xatırladaq ki, 1990-cı ildə yaradılan “Gazprombank” ASC maliyyə göstəricilərinə görə Rusiyanın ən böyük üç bankından biridir. Bank Rusiya iqtisadiyyatının əsas sahələrinə (qaz, neft, nüvə enerjisi, kimya və neft kimyası, qara və əlvan metallurgiya, elektrik enerjisi, maşınqayırma və metal emalı, nəqliyyat, tikinti, telekomunikasiya, kənd təsərrüfatı, pərakəndə) xidmət göstərir.

ABB 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 91,4 %-i Maliyyə Nazirliyinə, 3,76 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,71 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar