Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkiləri, Covid-19 və Qarabağ müharibəsindən sonra çökən sükut...

Dağlıq Qarabağdakı demoqrafik quruluşun Azərbaycanın xeyrinə olacağı gözlənilir. Lakin Rusiyanın Dağlıq Qarabağa hər an müdaxilə etmə fürsətini əlində saxlamağa və öz nəzarətini qorumağa çalışdığı da gözdən qaçmır...

Armağan Kuloğlu
“Yeniçağ” qəzeti, Türkiyə, 13 noyabr 2020-ci il

Son vaxtlar xarici siyasət, təhlükəsizlik və iqtisadiyyatda ümumi bir sakitlik hökm sürür. Deyə bilərik ki, bunda ABŞ prezident seçkilərinin nəticəsi, Qarabağ müharibəsindəki razılaşma, koronavirus peyvəndinin elan edilməsi və Şərqi Aralıq dənizində diqqətlərin İzmir zəlzələsinə yönəlməsi rol oynayır.

Lakin bu vəziyyət hər şeyin həll edildiyi mənasına gəlməməlidir. Yaxın gələcəkdə Liviya, Suriya və digər bir çox mövzularda tədbir görülməlidir. Hazırlıqlı olmaq və qabaqlayıcı tədbirlər görmək faydalı olacaq.

Bayden nələr edəcək?

Baydenin Türkiyə əleyhinə səsləndirdiyi mövzulardan hansına toxunacağı hələlik bəlli deyil. Yanvar ayından sonra bunu izləyəcəyik. Şərqi Aralıq dənizi, Egey və Kipr məsələlərində isə mövqeyini yunan tərəfinin lehinə qoruması gözlənilir.

“CAATSA” sanksiyaları ilə bağlı qətiyyətli qərarını dəfələrlə bildirən Bayden, istəsə belə bu tətbiqdən imtina edə bilməz. Bununla birlikdə, sanksiyalar arasından yumşaq, yoxsa sərt olanları seçməsi də çox vacib məsələdir.

Qanunları heçə sayan “Halkbank” məsələsini isə Tramp kimi davam etdirməsi mümkün görünmür. Bundan əlavə, Prezident və yaxınları üçün hazırlandığı deyilən varlıq hesabatı inkişaf etdiriləcək münasibətlərdən asılı olaraq gündəmə gələ bilər. Həmçinin, Türkiyə iqtisadiyyatı təhlükə altına alan təşəbbüslər də edə bilər.

Lakin bu mümkün tətbiqlərdə və digər əlaqələrdə nəzərə alınacaq iki seçim var: ABŞ Türkiyəni ya NATO və təhlükəsizlik baxımından itirmək istəməyəcək, ya da tamamilə kənarlaşdıracaq.

ABŞ-ın öz maraqlarına hörmət edən bir dövlət ənənəsi var. Qərarlar və tətbiqlər də yalnız prezidentdən asılı deyil. Xarici İşlər, Pentaqon və MKİ də bundan əhəmiyyətli rol oynayır. Bundan əlavə, kapital dairələri, lobbilər və QHT-lərin də təsiri var. Bu səbəbdən, mövqeyini Türkiyəni itirməməklə irəli sürməsi gözlənilir. Bu mənada ən vacib olan Türkiyənin güzəştə getməməsidir.

Digər tərəfdən, kreditorun alacağı pulu təhlükə altına salmamaq üçün borcluya hətta kömək edə biləcəyini də nəzərə alsaq, o zaman deyə bilərik ki, nə ABŞ, nə də kapital dairələri Türkiyəni iqtisadi çətinliyə salmaq istəmirlər.

Qarabağda atəşkəs və razılaşma

Azərbaycan-Ermənistan müharibəsi Rusiyanın müdaxiləsi və tərəfləri razı salması ilə sona çatdı və razılıq əldə edildi. Bunda Azərbaycanın mütləq qələbəsi xeyli təsirli oldu. Ermənistanın kifayət qədər dərs aldığını və Azərbaycanın işğal olunmuş ərazilərinin çoxunu azad etdiyini və qısa müddətdə bütün Dağlıq Qarabağı işğal edə biləcəyini anlayan Rusiya öz təşəbbüsünü və nəzarətini əldən verməmək üçün müdaxilə edərək müharibəni dayandırdı.

Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş 7 rayondan 5-ni və Dağlıq Qarabağın bir hissəsini geri aldı. Qalan yerlər də razılığa əsasən, bu ayın sonunadək təhvil veriləcək. Şuşa isə Azərbaycan tərəfindən ələ keçirildiyi üçün orada qalacaq. Bu vəziyyətdə Azərbaycan Şuşanı da daxil edərək işğal olunmuş ərazilərini bərpa etdi.

Həmçinin Ermənistan-Dağlıq Qarabağ Azərbaycan-Naxçıvan arasında nəqliyyat dəhlizi yaradılacaq. Rusiyanın sülhməramlı qüvvələri bu dəhlizlərdə və Dağlıq Qarabağda yerləşdiriləcək. Rusiya Azərbaycanın tələbinə baxmayaraq, sülhməramlılarını Türkiyə ilə birləşdirməkdən israrla qaçır. Bu vəziyyətdə Dağlıq Qarabağın nəzarəti hələlik Rusiyadadır və gələcək statusu da bəlli deyil. Rusiya Dağlıq Qarabağ mövzusunda Türkiyə ilə fikir ayrılığı yaşadığını və danışıqlara davam etdiyini açıqlayıb. Son danışıqlara görə, Türkiyə müşahidəçi qismində öz iştirakını təmin etmiş kimi görünür.

Dağlıq Qarabağdakı demoqrafik quruluşun Azərbaycanın xeyrinə olacağı gözlənilir. Lakin Rusiyanın bölgədə, xüsusən də Dağlıq Qarabağda hər an müdaxilə etmə fürsətini əlində saxlamağa və sülhməramlı qüvvələrlə öz nəzarətini qorumağa çalışdığı da gözdən qaçmır.

Qeyd etmək lazımdır ki, Maraş bölgəsi KKTC-nin (Şimali Kipr) hakimiyyəti və TSK-nın nəzarəti altındadır. Türkiyə və KKTC səlahiyyətlilərinin 15 noyabrda burada ən yüksək səviyyədə təşkilatlanması alınan qərarların arxasında dayandığını göstərən müsbət bir addımdır. Ancaq bu tətbiqin Egeydə işğal altında olan 18 adanın geri alınaraq oralarda da həyata keçirilməsi daha da həyəcanlı və mənalı olacaq

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar