Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvana açılan dəhliz Türk qapısıdır, yoxsa Rus qapısı? - Putinin Atatürkdən aldığı qisas...

Qarabağ Ermənistanın işğalı altında idi və artıq Ermənistan onda qalan rayonları həm də Rusiyanın himayəsi ilə qoruyur. Laçın dəhlizi və Naxçıvandakı “Türk qapısı” artıq “Rus qapısı”na çevrildi...

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 12 noyabr 2020-ci il

Jurnalistika rəsmi açıqlamaları gözləmək və dərc etməkdən ibarət deyil. Bir nazirin istefasını belə araşdıra bilməyənlər və hökumətdən açıqlama gözləyənlər jurnalist hesab oluna bilməzlər. Həmçinin, Qarabağ mövzusundakı razılaşma ilə bağlı Azərbaycan və Türkiyədəki coşğuya və Ermənistandakı parlament basqınlarına baxaraq asanlıqla “zəfər” hökmü vermək də eyni şəkildə problemli yanaşmadır.

İzləyicilərdən gələn rəylərdən biri bütün vəziyyəti izah edir: “Xarici bir ölkənin əsgərləri gəlib torpağımıza yerləşirsə, ortada qələbə yoxdur”. Axı rus əsgərləri gəlib Qarabağın ortasına yerləşdilər.

Başqa bir izləyici də: “İşğalçı Ermənistan idi, indi də Rusiya oldu?” deyə soruşub. Digər izləyici isə: “Türk millətinin ortaq xüsusiyyəti birdən-birə cuşa gəlməkdir. Tək qazanan rus oldu. Eynilə Suriyada olduğu kimi”.

Türkiyənin “Yeniçağ” qəzeti isə məsələni “Qələbəyə qarşı rus maneəsi” başlıqlı yazısında: “Ermənistan başlatdığı çirkli müharibədən əl çəkdi, ancaq Azərbaycanın qələbəsi yarımçıq qaldı. Xankəndi və Xocalı xilas edilə bilinmədi. Rusiya sülhməramlı qüvvələri Qarabağ yolundadır”, deyə şərh edib.

Niyyətini yaxşı bildiyimiz dəyərli ziyalılar belə sözlərə aldanıb, Naxçıvanla Azərbaycan arasında Ermənistan üzərindən magistral keçid yaradılmasını “Turan qapısı açıldı” düşüncəsi ilə şərh etdilər. Bəs rus əsgərlərinin nəzarətində olan bir qapıya “Turan qapısı” deyə bilərikmi?

Bir jurnalist kimi mövcud barışığı sorğulayan yeganə media nümayəndəsi “Hürriyet”in Moskvadakı müxbiri Nerdün Hacıoğlu oldu. O, “Niyə mətndə Türkiyə yoxdur? Əməliyyatın logistik mərkəzi niyə Ermənistadadır? Rusiyanın hansı silahları bölgəyə ötürdüyünə nəzarət ediləcəkmi? Yeni silahların Ermənistana verilməməsinə tam zəmanət verilə bilərmi? Birdən Ermənistanda hökumət dəyişikliyi olsa, o zaman razılaşma etibarsız sayılsa, nələr baş verəcək? Xocalı və Xocavənd nə olacaq? Dəhlizlər necə yoxlanılacaq? Azərbaycan və Naxçıvanı Ermənistan ərazisindən birləşdirəcək magistral yoldan kimin keçə biləcəyinə Rusiya qüvvələri qərar verəcək?”, tipli sualları dilə gətirib.

Bəs əslində nə oldu?

Putin müharibəni başlayan Paşinyanın təcavüzkar münasibətini açıq şəkildə olmasa da, susaraq dəstəklədi. Moskvada Sorosun qurduğu dərnəkləri bağlayan Putin “Soros adamı” adlandırılan Paşinyana dərs vermək istəyirdi.

Həmçinin, Ermənistan Qarabağdan başqa Azərbaycan ərazilərinə də hücum etdikdə Əliyev əks hücuma keçdi. Putin Ermənistanın yardım istəklərinə “müharibə Azərbaycan ərazisində baş verir”, deyə cavab verdi və Əliyevin yolunu açdı. O, Ermənistanın Qarabağda işğalçı olduğunu da xatırlatmış oldu.

Putin meydana çəkdiyi piyonlarla, sanki, şahmat taxtasında oynayırdı və nəhayət, öz hədəfinə çatdı. Birincisi, Paşinyanın dərsini verdi, ikincisi, itirdiyi torpaqların bir hissəsini Azərbaycana verərək Əliyev hakimiyyətinin üçün daha münbit şərait yaratdı.

Üçüncüsü və hər şeydən vacib olanı, Dağlıq Qarabağ ərazisində açıqlacaq yeni bir LaçınAzərbaycan-Naxçıvan dəhlizinə rus əsgərlərini yerləşdirərək Türkiyəni kənarlaşdırdı. Rus əsgərlərini eləcə “Sülh Qüvvələri” adı altında Azərbaycanla Ermənistan arasına yerləşdirdi.

Qarabağ Ermənistanın işğalı altında idi və artıq Ermənistan onda qalan rayonları həm də Rusiyanın himayəsi ilə qoruyur. Laçın dəhlizi və Naxçıvandakı “Türk qapısı” artıq “Rus qapısı”na çevrildi.

Yeri gəlmişkən, razılaşmadan əvvəl “geosiyasi sərhədlərin dəyişdirilməsinə qarşı bir tədbir olaraq” Naxçıvan-Azərbaycan dəhlizinin cənubunda hərbi gücünü elan edən İran da bu bölgədə rus əsgərləriylə qarşılaşdı. Məlum olduğu kimi Sovet İttifaqı dağılandan Rusiya ilə İran arasında quru sərhəd yox idi.

Naxçıvan tarixən Türk qapısı hesab olunurdu və Atatürk İrandan torpaq alaraq Naxçıvanla birlikdə “Türk qapısı”nı bərpa etmişdi. Putin 10 noyabrda Türk qapısının nəzarətini ələ keçirdikdən sonra “bu saziş 10 noyabrda bizim Atatürkə hədiyyəmizdir” deməklə, əslində Atatürkdən bir növ qisas aldığını söyləmiş oldu.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar