Bazar, 13 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Peskovdan Qarabağda Türkiyə sülhməramlılarının yerləşdirilməsi ilə bağlı açıqlama

Kreml Qarabağda rusiyalılarla birlikdə türk sülhməramlılarının yerləşdirilməsi ilə bağlı danışıqların aparıla biləcəyini istisna etmir, lakin bu günə qədər bu mövzu müzakirə olunmayıb.

“İnterfax” bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb.

Jurnalistlərlə söhbət əsnasında Peskov Rusiyanın nəzəri olaraq Türkiyə sülhməramlılarının ruslarla birlikdə yerləşdirilməsinə razılıq verməyə hazır olub-olmadığı və bu məsələnin müzakirə edilib-edilmədiyi sualını cavablandırıb:

“Hər zaman müzakirə üçün yer var, amma bu mövzu müzakirə edilməyib”.

O qeyd edib ki, Türkiyə sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi üçün Bakı və İrəvanın razılığı lazımdır.

Eyni zamanda, Kremlin sözçüsü bildirib ki, müxtəlif regional problemlərin həllində Rusiya ilə Türkiyə arasındakı qarşılıqlı təsir effektivliyini göstərib:

“Biz bu qarşılıqlı əlaqəni, qarşılıqlı etimadı və əməkdaşlıq səviyyəsini yüksək qiymətləndiririk”.

“Bilirsinizmi, prezidentimiz türkiyəli həmkarı Prezident Ərdoğanın konstruktiv yanaşmasını da yüksək qiymətləndirir. Onlar çox yaxın və substantiv dialoqa davam edirlər, ancaq təbii ki, bu cür mürəkkəb substansiyalar, deyək ki, türk tərəfdaşlarımızla dialoq zamanı həll etməyi düşündüyümüz yanaşmalardakı nüanslar fikir ayrılığı olmadan ötüşmür”, - Peskov deyib. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sedat Pekərin gizləndiyi oteldə əməliyyat keçirilib - Iddia

Ermənistan təhvil verilən 15 erməni hərbçi - Foto

Polis "Lido"da əməliyyat keçirdi - 60 nəfər saxlanıldı

Paşinyan Moskvadan xəlvət Bakıya Vaşinqton vasitəsilə mesaj göndərib

Səhiyyə Nazirliyinin bu səlahiyyəti ləğv olundu

İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi

Abel Məhərrəmovun restoranının administratoru həbs edildi

Vətəndaşın əlində qalan özəlləşdirmə çekləri: "Dövlət səviyyəsində bu məsələ ilə bağlı addımlar atılsın" - Rəy

NATO-nun kritik zirvə toplantısı: Ərdoğan və Bayden anlaşsa nə olacaq, anlaşmasa nə olacaq? - Ərəstun Oruclunun şərhi

Şuşada hansı “hərtərəfli müqavilə” imzalanacaq?

Ən çox oxunanalar