Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşada yaralanan əsgər: "Şəhid yoldaşımı belimdə daşıyanda yaralandım"

Elvin Rəsulov Azərbaycan Ordusunun 44 gün ərzində zəfərlə bitirdiyi İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, 1998-ci ildə İsmayıllı rayonunun Mican kəndində dunyaya gəlib. Ali təhsilli olan Elvin Rəsulov üç ay əvvəl Səfərbərlik və Hərbi Çağırışa Xidmət üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən hərbi xidmətə cağırılıb.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Elvin Rəsulov döyüşlərdə iştirak ediyi müddətdə bir neçə dəfə yaralanmasına baxmayaraq, hər dəfə də ambulator yardım aldıqdan sonra könüllü olaraq döyüş bölgəsinə yollanıb.

O, "Report"a açıqlamasında bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək çoxdankı arzusu idi: "Şükür ki, arzum gerçəkləşdi. Düzü, döyüşlərdə bir neçə dəfə yaralansam da, hərbi hospitalda ambulator yardım almışam. Hər dəfə həkimlər bildirirdi ki, vaxtında müalicə olunmasan, yaralar fəsadlar verə bilər. Ancaq cəbhədə döyüş gedə-gedə xəstəxanada qala bilməzdim. Ona görə də könüllü olaraq döyüşə getdim. Sonuncu dəfə Şuşa şəhəri uğrunda gedən savaşda şəhid olan döyüş yoldaşımın nəşini ərazidən uzaqlaşdıran zaman mina bir neçə metrliyimdə partladı. Başımdan və sol ayağımdan yaralansam da, şəhid döyüşçü yoldaşımın nəşini kəndirlə belimə bağlayaraq ərazidən uzaqlaşdırmağa çalışdım.

Yaralı ayağımı baldır hisəsindən bərk sıxaraq qanaxmanın qarşısını aldım. Komandir yaralandığımı gördü, əsgərlərə məni və əsgər yoldaşımın nəşini hərbi hosbitala aparmağı tapşırdı. Məni hərbi hospitala gətirdilər. Həkimlərə təşəkkür edirəm ki, mənə göz bəbəyi kimi baxdılar.

Hazırda müayinəmi davam etdirirəm. Həkimlərmiz ayağımı müayinə edəcəklər və onun amputasiya olmağına ehtiyac olmayacaq. Ehtiyac olsa, canım da Vətənə qurbandır".

Yaralı əsgərimizin anasi deyir ki, oğlu ilə qurur duyur: "Mən bir əsgər anası kimi özümü hər bir şeyə hazırlamışdım. Şükür ki, oğlum bu gün yanımdadır. Bütun şəhid analarına səbr diləyirəm".

Qeyd edək ki, İsmayıllı sakinləri hər gün yaralı əsgərimizin görüşünə gələrək ziyarət edirlər. Elvinin vaxtilə sinif rəhbəri olmuş Şəfaqət Rəsulov deyir ki, o, məktəb illərində vətənpərvər, cəsur, mərd oğlan olub: "Fəxr edirəm ki, cəbhədə edə bilmədiklərimizi şagirdlərimiz edir. İşğal altında olan müqəddəs torpaqlarımızı işğaldan azad edirlər. Var olsun belə igid oğullarımız. Yaşasın Azərbaycan Əsgəri!"

Fotolar

pia.az

 

 

 

 

 

 

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar