Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibədən sonra yeni Azərbaycan, yeni parlament, yeni siyasi sistem

“Qarabağdakı tam qələbədən sonra Azərbaycan hazırkı Azərbaycan ola bilməz və olmayacaq. Müharibədən sonra yeni Azərbaycan doğulacaq. Bu proses artıq gedir. Artıq qalib Azərbaycan tam dəyişməyə məhkimdur, ilk növbədə də təbii ki, dövlət idarəçiliyi fəlsəfəsi və yanaşması dəyişməsidir”. 

Bu barədə AĞ Partiyanın sədri Tural Abbaslı Musavat.com-un “Müharibədən sonrakı Azərbaycanı necə görürsünüz, müharibə bitəndən bir müddət sonra yeni parlament seçkiləri keçirilməsi və yeni siyasi dəyişimlər lazımdırmı” sualına cavabında bildirib.

T.Abbaslı qeyd edib ki, bu dəyişikliyə və islahatlara da iqtidarın özü start verməlidir və hər halda verəcək. Düzdür müharibədən öncə də islahatlar anonsu verilmişdi və bu istiqamətdə addımlar atılıb. Ancaq təbiidir ki, gözlənilən islahatlar daha dərindir. Odur ki, Qələbə Paradından sonra köklü və sürətli siyasi islahatlara da başlamaq lazım olacaq: “Siyasi islahatların başlanması üçün ən münbit platforma təbii ki, Parlamentdir. İslahatlar məhz buradan başlayarsa əsaslı olar.

Parlament həm də prosesə müxtəlif siyasi maraq dairələrinin toplanması üçün əsas platformadır. Bütün bunları nəzərə alaraq təklif edərdim ki, qələbədən sonra parlament buraxılsın və tam olaraq yeni siyasi tələblərə, dünyanın yenilənən düzəninə cavab verə biləcək insanlardan formalaşsın. Bu həm də iqtidarın özü üçün daxilində köklü və əsaslı dəyişikliklər etməsi baxmından gözəl fürsət olacaq. İqtidar artıq onu illərdir ki, geri dartan, tormozlayan geriqafalı məmurlardan tamamilə xilas olunmalıdır”.

T.Abbaslı qeyd edib ki, hazırda xalqın iqtidara olan etimadı İlham Əliyev personasınadır. İlham Əliyevin keçirəcəyi seçkilərə də etimad yüksək olacaq: “Prezident xalqın ona bu tam etimadından istifadə edərək Azərbaycanı, Azərbaycan siyasi münasibətlər sisstemini və iqtidarı tam dəyişə bilər məncə. Bu Azərbaycanın bir dövlət kimi yeni mərhələyə keçidinin başlanğıcı ola bilər. İstənilən halda AĞ Partiya olaraq biz yaxın gələcəyə daha pozitiv baxırıq və yeni güclü, demokratik, rifahlı Azərbaycan quruculuğunda yaxından iştirak etmək niyyətindəyik”.

Siyasi ekspertlər də hesab edir ki, Prezident İlham Əliyevin reytinqi çox yüksək olduğu üçün parlament seçkiləri olarsa onun namizədlərinin təbii qələbəsini təmin etmək mümkün olar. Parlamentin tərkibi təzələnər, yeni qan gələr iqtidarın “damarlarına”. İctimai qıcıq doğuran simalardan tamamilə qurtular. Müharibədən sonra gənc, bir neçə dil bilən, korrupsiyaya, rüşvətə bulaşmayan kadrların hakim komandaya cəlb edilməsi prosesi daha sürətlə gedəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar