Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan Azərbaycana pomidor təzyiqi: Bu, başqa cür “xəstəlikdir”

Ekspertlərin yekdil yanaşması ondan ibarətdir ki, Moskva bu vasitə ilə Bakını sıxışdırmağa çalışır...

Rusiya Azərbaycandan meyvə-tərəvəz idxalını dayandıra bilər. Bu barədə ötən günlərdə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) açıqlama yayıb. Qurumun iddiasına görə, Azərbaycandan gətirilən məhsullarda xəstəlik aşkarlanıb.

“Pomidor, gavalı, kartof, alma, nar və s. məhsullarda ziyanlı orqanizmlər aşkarlanıb. Bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verilib. Rosselxoznadzor Azərbaycanın müvafiq qurumuna israrlı şəkildə tövsiyə edib ki, Rusiyaya ixrac olunan məhsullara nəzarət gücləndirilsin. Əgər bundan sonra da belə hallar aşkarlanarsa, Azərbaycandan həmin məhsulların idxalına məhdudiyyət tətbiq olunması məcburiyyəti yarana bilər”, - rəsmi məlumatda bildirilir.

Vəziyyəti AYNA-ya şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmlinin fikrincə, bu, daha çox siyasi motivli hədələmədir: “Azərbaycandan ixrac olunan, o cümlədən Rusiyaya göndərilən məhsullar kifayət qədər keyfiyyətli olur. Bizim fermerlər çalışırlar ki, daha sağlam məhsulları ixrac eləsinlər. Çünki bir neçə gün yolda olur, anbarda saxlanılır, xarab ola bilər. Sərhəddə də ciddi yoxlanılır. Nəsə aşkarlanırsa, geri qaytarılır. Uzun müddət Rusiyanın bizim məhsullardan heç bir narazılığı olmayıb. Hesab edirəm ki, indiki halda bu açıqlama təsadüf deyil. Bu açıqlamada, sanki təzyiq, hədələmə qoxusu var”.

Mütəxəssis deyib ki, karantin obyekti olan zərərvericilər Rusiyanın özündə də yayılıb: “Azərbaycana toxumlar əsasən Rusiyadan gəlir. Əgər Rusiya Azərbaycandan meyvə-tərəvəz idxalını dayandırarsa, bu, ölkəmizdə kənd təsərrüfatının inkişafına, gəliri buradan olan əhalinin dolanışığına mənfi təsir göstərəcək”.

AYNA-nın digər həmsöhbəti, iqtisadçı-ekspert Natiq Cəfərli də eyni fikirdədir. O da hesab edir ki, Rusiya zamanla bu tip addımlardan təzyiq vasitəsi kimi istifadə edir: “Rusiyanın Türkiyəvə Ukrayna ilə bağlı da belə problemləri olmuşdu. Hansısa bir siyasi bir gündəm olduqda, bu tip qərarlarla Rusiya müəyyən təsir vasitələri yaratmağa çalışır. Bu, Azərbaycanın meyvə-tərəvəzində hansısa bir xəstəliyin olması anlamına gəlmir”.

“Təəssüf ki, biz Rusiya bazarından çox asılıyıq. İllərdir təklif, çağırışlar edirdik ki, çoxşaxəli ixrac modelinə keçmək lazımdır. Və Rusiyanın dominant rolunu Ukrayna, Orta Asiya ölkələri vasitəsilə azlatmaq mümkün idi. Amma hələlik Rusiyanın meyvə-tərəvəz ixracatında dominant rolu var, əsasən də pomidor ixracatınıın böyük bir hissəsi Rusiyaya gedir. Pomidor kənd təsərrüfatı ixracında birinci yerdədir. 167 milyon dollara yaxın vəsait təkcə pomidor ixracatından əldə edilir”, - iqtisadçı bildirib.

Cəfərli onu da xatırladıb ki, ümumi olaraq Rusiyaya kənd təsərrüfatı məhsulları ixracatımız illik, təqribən 400-450 milyon dollar təşkil edir: “Bu isə kifayət qədər böyük rəqəmdir. Və Azərbaycan iqtisadiyyatına təsir edə biləcək bir rəqəmdir. Bu, əsasən iqtisadiyyatın özünə deyil, daha çox fermerlərə, regionlarda yaşayan insanların gəlirlilik səviyyəsinə təsir edə bilər. Ona görə də Azərbaycan hökuməti fermerlərlə birgə yeni bazarlara çıxış və təcili olaraq yeni müqavilələrin bağlanması imkanlarını araşdırmalıdır. Buraya Ukrayna, Qazaxıstan və digər Orta Asiya ölkələri aid ola bilər. Bu ölkələr də kənd təsərüüfatı məhsullarını, əsasən də meyvə-tərəvəzi xaricdən alır. Azərbaycan bu ölkələrə çıxış imkanları əldə etməklə Rusiyadan asılılığını azalda bilər və məncə, bu, çox vacib məsələdir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da o qənaətdədir ki, Rusiyanın sözügedən açıqlamasının arxasında siyasi məqamlar dayanır. Onun AYNA-ya dediyinə görə, bu cür addımlar Moskva siyasətinə xarakterikdir: “İllərdir Azərbaycanın meyvə-tərəvəzi Rusiyaya daşınırdı, amma indiyə qədər heç bir problem çıxmırdı. Ruslar hər zaman da Azərbaycanın pomidorundan razı qaldıqlarını söyləyirdilər. Hətta deyirdilər ki, Azərbaycanın pomidoru Türkiyənin pomidorundan da keyfiyyətlidir. Bəs, indi nə oldu ki, birdən-birə bu cür problemlər çıxdı?”.

“Ona görə hesab edirəm ki, bu, təzyiq vasitəsidir. Vaxtilə bu təzyiq vasitəsindən Türkiyəyə qarşı da istifadə ediblər. Türkiyə ilə münasibətlər gərginləşəndə Rusiya Türkiyənin xeyli meyvə-tərəvəzinə qadağa qoydu. İndi də Azərbaycana qarşı bu təzyiq üsulundan istifadə edirlər. Görünür ki, Azərbaycanın uğurlu hərbi əməliyyatları Rusiyada kimlərisə narahat edir və bu cür təzyiq edirlər ki, Azərbaycanın qazancı azalsın”, - Şahinoğlu vurğulayıb.

Politoloq hesab edir ki, pomidor ölkəmizin əsas ixrac məhsullarından biri olduğu və əsasən Rusiya bazarına ixrac edildiyi üçün, ruslar bu təsir imkanından yararlanmağa çalışırlar: “Bu cür yolla bizə çətinlik yaratmağa çalışır və mesaj yollamağa cəhd edirlər ki, çətinliklərimizi daha da artıra bilərlər. Ancaq biz bu cür təzyiqlərə baxmayaraq, öz işimizi görməliyik, Qarabağda uğurlu hərbi əməliyyatları davam etdirməliyik. Bizi Qarabağ məsələsindən heç bir əngəl yayındıra bilməz. Düşünürəm ki, Qarabağ məsələsi həll olunduqdan sonra bu kimi məsələlər də öz həllini tapacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar