Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb. Paşinyan məktubunda Rusiya liderindən Ermənistana yardım göstərilməsi istiqamətində məsləhətləşmələrə başlanılmasını xahiş edib. Erməni baş nazir bu mənada 29 avqust 1997-ci il tarixli “RusiyaErmənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə istinad edib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Nikol Paşinyan məktubunda Qarabağdakı vəziyyətdən detallı şəkildə bəhs edib, həmişəki kimi, Azərbaycan və Türkiyə əleyhinə ittihamlar səsləndirib:

“Nikol Paşinyan Putinə 5 telefon zəngindən sonra nədən məktub göndərib?

Birincisi, bu, Paşinyanın Putinə məktubundan çox öz cəmiyyətini məğlubiyyətə hazırlamaqdır. Çünki özü də bilir ki, Putin Dağlıq Qarabağı dəftərindən silib. Ona görə də Paşinyan cəmiyyətinə göstərmək istəyir ki, baxın, bu ağır vəziyyətdə Rusiya da Dağlıq Qarabağı qurtara bilmir, mən artıq nə edə bilərəm…

İkincisi, Ermənistan Dağlıq Qarabağda xeyli canlı qüvvə və hərbi texnika itirib. Həmin hərbi texnikanın əksəriyyəti Ermənistana aid idi. Ermənistandan Dağlıq Qarabağa nə daşıdılarsa, hamısını Azərbaycan Ordusu məhv etdi. Belə vəziyyətdə Ermənistanın hərbi durumu ağırlaşıb, müdafiəsi zəifləyib. Ona görə Paşinyanda və erməni cəmiyyətində qorxu var ki, Azərbaycan Ordusu Dağlıq Qarabağa nəzarəti ələ keçirdikdən sonra Ermənistanın içərilərinə doğru da hərəkət edə bilər. Paşinyan qorxur ki, Putin Dağlıq Qarabağın itirilməsinə səssiz qaldığı kimi, Ermənistana hücumlara da bir müddət səssiz qala bilər. Ona görə də indidən təminat almaq istəyir ki, Dağlıq Qarabağdan vaz keçdikdən sonra Rusiya heç olmazsa, Ermənistanı qorusun.

Paşinyan Rusiyanın Ermənistanda hərbçi və hərbi texnika sayını artırmasını istəyir. Putin bunu edə bilər. Ancaq Putin onu da anlayır ki, Ermənistan vasitəsilə Dağlıq Qarabağa daşınan Rusiyanın bahalı hərbi texnikası kiçik ölçülü pilotsuz uçuş aparatları qarşısında acizdir. Azərbaycana məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın bahalı hərbi texnikasını darmadağın etməsi Rusiyanın hərbi sənaye kompleksinin imicinə ciddi zərbədir. Ona görə də Putin artıq Ermənistanın Dağlıq Qarabağı qoruya bilməyəcəyini anladığından Ermənistana hərbi texnikanın göndərilməsinə bir müddət ara verə də bilər.

Bir daha müharibə başlayandan bu yana əsas tezisimi təkrarlayıram: Bizə heç kim və heç nə mane olmur!”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar