Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ordumuzun Şuşa qalasına, Laçın dəhlizinə nəzarət etməsi yaxın zamanın məsələsidir" - Qubad İbadoğlu

"Cenevrədə Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə AzərbaycanErmənistan Xarici İşlər Nazirlərinin görüşündə reqalamentləşirilə bilən siyasi qərarlar qəbul edilməyib, tərəflər 6 saatlıq görüşdən ölçülə bilən yalnız bir qərarla - cəsədlərin və əsirlərin mübadiləsini nəzərdə tutan humanitar-texniki razılaşma ilə çıxıblar. Bu da indiki situasiyada bizim maraqlarımıza xidmət edir. Onsuz da biz əsirləri və cəsədləri hətta birtərəfli qaydada ermənilərə təhvil verirdik. Bundan sonra onları BQXC vasitsəilə dəyişdirmək imkanı yaranır. Hesab edirəm ki, bu Dilqəm Əsgərov və Şahbaz Quliyevin vətənə gətirilməsi üçün yaxşı imkandır".

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

"ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Brienin Skandinaviya ölkələrinin sülhməramlıların Dağlıq Qarabağa göndərilməsi üzərində işləməsi barədə açıqlamasından narahat qalmayın, bu uzun söhbətdir. Bununla bağlı nə siyasi, nə də texniki şərtlər razılaşdırılmayıb. Bilin ki, BMT-nin qərarı, tərəflərin razılığı olmadan Dağlıq Qarabağa sülhməramlılar gələ bilməz. Amerikanlıların seçkiöncəsi belə açıqlaması bir tərəfdən ermənilərin "könülünü" almağa, digər tərəfdən də rus sülhməramlıların bölgəyə gətirilməsinı qarşı arqument qoymağa daha çox bənzəyir. Hesab edirəm ki, ABŞ rəsmiləri bununla erməniləri cırtdanın nağılında olduğu kimi işıq gələn tərəfə deyil, ithürən tərəfə göndərirlər ki, seçkiöncəsi görüşlər onlardan yaxalarını qurtara bilsinlər.

Odur ki, yenə də diqqət cəbhədə olmalıdır, ordumuzun döyüşdə qazandığı qələbələrin sayı artmalı və miqyası böyüməlidir. Hazırda həlli vacib olan ən ümdə vəzifə mümkün qədər tez bir zamanda minimum itki və maksimum nəticə ilə döyüş mövqelərini gücləndirməkdir. Belə strategiyanı seçib hərəkət edən xilaskar Azərbaycan ordusunun Şuşa qalasını fəth etməsi, Laçın dəhlizinə nəzarətə nail olması yaxın zamanın məsələsidir. Nəzərə alsaq ki qələbənin böyüyü kiçiyi olmur və hər kiçik qələbələrin ardından böyük qələbə gəlir. Müzəffər ordumuzun möhtəşəm qələbəsinə çox az vaxt qalıb. Ona görə də darıxmayın, səbrlə ordumuzun Şuşaya və Xankəndinə planlaşdırılan zəfər yürüşünü gözləyin" - Q.İbadoğlu qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar