Bazar ertəsi, 23 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Gəncəyə raket atılandan qadınlar paltarla yatır...

Müharibə qadınlar üçün daha dəhşətlidir. Xüsusən də əxlaqı həyatından da qiymətli olan Azərbaycan qadını üçün.

Heç unutmaram, Kəlbəcərdən Gəncəyə sığınmış bir ailə haqqında reportaj hazırlamışdım. Qadın danışdı ki, qardaşım tüfəngində məni qorumaq üçün güllə saxlamışdı:

“Yol gedirdik, məlum deyildi başımıza nə gələcək. Ermənilərin əlinə də keçə bilərdik. Mehmana dedim ki, mənim üçün bir güllə saxla. Görsək, əsir düşürük, öldürərsən”.

Fərqanə bunu söyləyəndə nə kövrəldi, nə ağladı. Əksinə, qəribə bir qürurla danışırdı. Gözüm peçin yanında yerdə oturmuş anasına sataşdı. Evdə bircə o söhbətimizi dinləyib ağlayır, arada əllərini dizinə çırpır, ermənilərə qarğış edirdi.

Qızdan ölüm qoxulu yolun davamını da soruşdum.

- Biz “Kamaz”la gedirdik. Bir də gördük, arxadan hərbi maşın gəlir. O qədər özümüzü itirdik, bir an erməni olduğunu düşündük. Qardaşımla tez maşından endik. Vaxt yox idi, hər an bizə çata bilərdilər. Əvvəl Mehmanla qucaqlaşıb ağlaşdıq. Sonra dizimi yerə qoyub gözlərimi yumdum. Qardaşıma da dedim, bacın qurban, lüləni ürəyimə tuşla, amma mənə baxma, ürəyin gəlməz öldürməyə. “Kamaz”da qardaşımın böyük oğlu da vardı. Birdən qışqırdı ki, gələn bizimkilərdir. Mehman silahı yerə atıb, məni bərk qucaqladı. Hönkürtü ilə ağlamağı qulağımdan getmir.”

Sonra Mehmanın özünü də danışdırdım:

“Yolda düşünürdüm ki, ələ keçsək, biz cəhənnəm, Fərqanə nə olacaq? Əvvəl fikirləşdim, özümü öldürüm, ona nəsə etsələr görməyim. Amma bu Fərqanəni xilas etməyəcəkdi. Bir az yol getmişdik ki, bacım özü dillənib, “Mənə bir güllə saxla”, - dedi. Özümü nə qədər güclü saxlamağa çalışsam da gözümdən yaş axdı. Fərqanə də ağladı. Amma başqa çarəmiz yox idi.”

Xoşbəxtlikdən ailə sağ-salamat təhlükəsiz yerə gəlib çatır. Gəncəyə yerləşəndən sonra Fərqanə tüfəngi torpağa basdırır.

Qarabağ müharibəsində başına faciələr gələn Azərbaycan qadınlarının buna bənzər namus əhvalatları yüzlərlədir.

Qızı əsirlikdə intihar etmiş bir anadan müsahibə almışdım. Balası erməni ilə dəyişdiriləcək gün “Mən bu utancla qayıdıb, qardaşlarımın üzünə baxa bilmərəm”, - deyib, saç sancağı ilə damarını kəsmişdi.

Gəncəyə ilk raket atılandan bu günədək oradakı qadınlar paltarla yatır. Birdən gecə ölərik, üst-başımız açıq qalmasın...

Ölməkdən daha çox abırlarından qorxurlar.

Bibim qızı deyir:

“O gündən hər axşam yatmağa xüsusi hazırlaşırıq. Yaxası, qolları qapalı paltarımızı geyinirik. İki kofta üst-üstə ki, birdən üstəki cırılar, altdakı qalsın, cəsədimizi götürənlərin yanında xəcalət olmayaq. Cavan gəlinlər şalvarda yatır, şalvar daha qapalıdır. Donun altından şalvar geyinənlər də var”.

Maraq üçün Gəncədəki başqa qohumlar, tanışlarla da danışdım. Hamısı eyni sözü dedi.

“Yenə biz cavanıq, qoca qadınlar da ölümə belə hazırlaşır. Gülsüm nənənin 78 yaşı var, hər axşam deyir, ay bala, məni də yaxşı geyindirin”.

Ölümə də abırla hazırlaşan, ölməkdən çox həyasının itməyindən qorxan Azərbaycan qadını, Qarabağda zəfərdən-zəfərə yüyürən igid əsgəri yalnız sən doğub böyüdə bilərsən!

Könül Cəfərli(Kulis.az

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rusiya Stepanakert-Bakı dəmir yolunu açmaq istəyir - video və fotolar, bir də suallar...

Jirinovski ermənilərin “naxlebnik” deputatları, Qarabağ müharibəsi və ruslar haqda

Həyat yoldaşına görə öpüşməkdən imtina edən, qardaşı arvadının cehizini oğurlayan xalq artisti

Şuşa meşəsində 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı

FHN işçiləri gəldi, xalq artisti evində yıxılı vəziyyətdə tapıldı...

Bu insanlar koronavirusa yoluxmur, çünki... - Professor açıqladı 

Qənirə Paşayeva 2 xalq artistinin nəvəsi olan qəhrəman şəhidimizdən yazdı

Silahlı keşişin xahişi: Kəlbəcərdə saxlanılan post

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı Xədicəyə yardım ayırdı

loading...

Ən çox oxunanalar