Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürixdə Gəncə və Bərdə terroruna etiraz - Foto

İsveçrənin Sürix şəhərində Rathausbrücke körpüsünün üzərində topalaşan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktlarına qarşı icazəli etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya İsveçrədə yaşayan azərbaycanlı icmasının təşəbbüsü və Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri və İdarə Heyətinin üzvlərinin dəstəyi ilə keçirilib. Aksiya iştirakçıları bildiriblər ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəf alınması, Ermənistan silahlı qüvvələri tərəfindən 1 ay ərzində cəbhə bölgəsindən kənar rayon və şəhərlərdə yaşayan 91 mülki şəxsin, o cümlədən uşaqların qətlə yetirilməsi insanlıq əlehinə yönəlmiş müharibə cinayətidir.

Azərbaycanın Dövlət himinin oxunduğu aksiyada erməni vandalizmini əks etirən bir sıra plakatlar nümayiş olunub, erməni terroru qurbanlarının xatirəsi yad edilib.

İştirakçılar müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!", "Gəncə cəbhə bölgəsi deyil!", "Mülki insanlar toxunulmazdır!", "Biz terrora yox deyirik", "Erməni terrorçuluğuna son!", "Uşaq ölümünə son!", "İşğalçı dövləti dəstəkləməyin!", "Ermənistan - BMT qətnamələrinə əməl et!" və s. şüarları səsləndirib.

pia.az 

Fotolar




Etiket: Terror


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar