Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Putinə yalvarışıba cavab gəldi - Rusiya XİN-dən açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. Məktubda Azərbaycan və Türkiyənin Dağlıq Qarabağa hücumu nəticəsində yaranan vəziyyət və ortaya çıxan problemləri barədə məlumat verilib.

Hökumətin mətbuat xidmətinin yaydığı məlumata görə, məktubda "xarici silahlı terrorçuların" Yaxın Şərqdən köçürülməsinin şərtləri və onların Dağlıq Qarabağa qarşı döyüşlərdə iştirakı iddia olunub.

Paşinyan rusiyalı həmkarına ErmənistanRusiya arasındakı 29 avqust 1997-ci il tarixli "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" nin 2-ci maddəsini əsas götürərək, hərbi əməliyyatların Ermənistan sərhədinə yaxınlaşmasını nəzərə alaraq, Moskvanın təmin edə biləcəyi yardım növünü və miqdarını təyin etmək üçün dərhal məsləhətləşmələr aparmağı təklif edib.

Rusiya Xarici İşlər Nazirliyi Paşinyanın məktubuna rəsmi cavab özünü çox gözlətməyib. Nazirliyin rəsmi səhisində yerləçdirilən açıqlamada bildirilir ki, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 29 avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsindən irəli gələnlər də daxil olmaqla, Ermənistan Respublikası ilə əlaqəli müttəfiqlik öhdəliklərinə görə bu Müqavilənin bir sıra maddələri ölkə ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi olduqda konkret hərəkətləri nəzərdə tutur.

Nazirlik bildirir ki, müqaviləyə uyğun olaraq, Rusiya qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, İrəvana lazımi bütün köməkləri göstərəcək.

Daha sonra Rusiya Federasiyası AzərbaycanErmənistanı xarici işlər nazirlərinin bu il 10 oktyabr tarixində Moskvada əldə etdikləri razılaşmalara uyğun olaraq təməl prinsiplərə əsaslanan sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərini dərhal atəşkəsə, gərginliyin azaldılmasına və maddi danışıqlara qayıtmağa çağırıb.(AzPolitika.info)

pia.az 


Etiket: Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar