Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ məhkəməsi “TikTok”a qoyulan qadağanı aradan qaldırdı

ABŞ-ın Pensilvaniya ştatının Şərq Dairəsi Federal Məhkəməsi ABŞ Ticarət Nazirliyinin “TikTok” tətbiqinin noyabrın 12-dən etibarən istifadəsini qadağan edən qərarının müvəqqəti olaraq dayandırılmasına qərar verib.

PİA.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məhkəmə qərarına istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, bu işdə iddiaçı kimi “TikTok”da fəal olan üç bloger çıxış edib. Onlar sosial şəbəkənin qadağan olunacağı təqdirdə “TikTok”un təmin etdiyi peşəkar imkanlara çıxış imkanlarını itirəcəklərini iddia etmişdilər. Nəticədə məhkəmə onların iddasını təmin edib.

Daha əvvəl ABŞ Ticarət Nazirliyi “TikTok”un milli təhlükəsizliyə təhdidlə əlaqəli problemi aradan qaldırmayacağı halda noyabrın 12-dən etibarən ölkədə bu sosial şəbəkənin istifadəsinin qadağan ediləcəyini açıqlamışdı.

Xatırladaq ki, ABŞ administrasiyası “TikTok”u tətbiqetmədən amerikalıların məlumatlarını Çin səlahiyyətlilərinə ötürə bilmək ehtimalına görə günahlandırır. Onun sahibi olan “ByteDance” şirkəti bunu inkar edir.

“TikTok” - Çinin “ByteDance” şirkətinə məxsus tətbiqdir, qısa videolar yaratmaq və izləmək üçün nəzərdə tutulub. 2018-ci ildə yaradılan tətbiq Çində qısa videolar üçün tətbiqetmələr arasında liderə çevrilib və dünyada məşhurlaşmağa başlayıb.

pia.az


Etiket: TikTok

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar