Çərşənbə axşamı, 01 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

““Human Right Watch” və "Amnesty International"ın bəyanatları həm yaxşıdır, həm də lazımlıdır” - Qubad İbadoğlu

“Çünki bu gələcəkdə Ermənistana qarşı qaldıracağımız beynəlxalq məhkəmə iddialarında bizim mövqeyimizi möhkəmləndirəcək”.

“Ermənilərin BərdəTərtərə atdığı çoxluqlu (kaset) döyüş sursatları istifadəsi qadağan olunan silahların siyahısındadır. Dünyanın 123 ölkəsi bu Konvessiyaya üzv olub və imza atıb. Odur ki, “Human Right Watch” və “Amnesty International” beynəlxalq təşkilatları ermənilərin Bərdəyə çoxluqlu (kaset) döyüş sursatları ilə atəş açmasını və dinc əhalinin ölümünü pisləyən bəyanatla çıxış edib”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Onun sözlərinə görə, bu bəyanatlar həm yaxşıdır, həm də lazımlıdır: “Çünki bu gələcəkdə Ermənistana qarşı qaldıracağımız beynəlxalq məhkəmə iddialarında bizim mövqeyimizi möhkəmləndirəcək. İkincisi, məlumunuz olsun ki, dünən Cenevrədə Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşündə reqalamentləşirilə bilən siyasi qərarlar qəbul edilməyib, tərəflər 6 saatlıq görüşdən ölçülə bilən yalnız bir qərarla – cəsədlərin və əsirlərin mübadiləsini nəzərdə tutan humanitar-texniki razılaşma – ilə çıxıblar. Bu da indiki situasiyada bizim maraqlarımıza xidmət edir. Onsuz da biz əsirləri və cəsədləri hətta birtərəfli qaydada ermənilərə təhvil verirdik.

 Bundan sonra onları BQXC vasitsəilə dəyişdirmək imkanı yaranır. Hesab edirəm ki, bu Dilqəm Əsgərov və Şahbaz Quliyevin vətənə gətirilməsi üçün yaxşı imkandır. Üçüncüsü, dünən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O’Brienin Skandinaviya ölkələrinin sülhməramlıların Dağlıq Qarabağa göndərilməsi üzərində işləməsi barədə açıqlamasından narahat qalmayın, bu uzun söhbətdir. Bununla bağlı nə siyasi, nə də texniki şərtlər razılaşdırılmayıb. Bilin ki, BMT-nin qərarı, tərəflərin razılığı olmadan Dağlıq Qarabağa sülhməramlılar gələ bilməz. Amerikanlıların seçkiöncəsi belə açıqlaması bir tərəfdən ermənilərin “könülünü” almağa, digər tərəfdən də rus sülhməramlıların bölgəyə gətirilməsinə qarşı arqument qoymağa daha çox bənzəyir. Hesab edirəm ki, ABŞ rəsmiləri bununla erməniləri Cırtdanın nağılında olduğu kimi işıq gələn tərəfə deyil, it hürən tərəfə göndərirlər ki, seçkiöncəsi görüşlər onlardan yaxalarını qurtara bilsinlər”.

ADR Hərəkatının sədri bu səbəbdən də hesab edir ki, yenə də diqqət cəbhədə olmalıdır, ordumuzun döyüşdə qazandığı qələbələrin sayı artmalı və miqyası böyüməlidir: “Hazırda həlli vacib olan ən ümdə vəzifə mümkün qədər tez bir zamanda minimum itki və maksimum nəticə ilə döyüş mövqelərini gücləndirməkdir. Belə strategiyanı seçib hərəkət edən xilaskar Azərbaycan ordusunun Şuşa qalasını fəth etməsi, Laçın dəhlizinə nəzarətə nail olması yaxın zamanın məsələsidir. Nəzərə alsaq ki qələbənin böyüyü kiçiyi olmur və hər kiçik qələbələrin ardından böyük qələbə gəlir. Müzəffər ordumuzun möhtəşəm qələbəsinə çox az vaxt qalıb. Ona görə də darıxmayın, səbrlə ordumuzun Şuşaya və Xankəndinə planlaşdırılan zəfər yürüşünü gözləyin”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri tapıldı - Foto

Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər" - Foto

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” - Şevçenko

Erməni hərbi əsirlər Bakıda parada çıxarılacaq?

Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” - Video

Laçın sabah boşaldılmalıdır, amma... – Dəhlizi kim və necə müəyyənləşdirəcək?..

Mühasirəyə düşmə videosu yayılan hərbçi Şuşa istiqamətində şəhid olub - Video

Hərbiçilərimizin qüdrətindən dəhşətə gələn emrənilər:"Onların hücumu əzrayılın gəlişi kimi idi"

Üç tələbəsinin öldüyü qəzanın anbaan görüntüləri - Video

Laçında 200 erməni saxlanılıb - Rus sülhməramlılarına "xidmət" etmək üçün

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil oldu - Müdafiə Nazirliyi

loading...

Ən çox oxunanalar