Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: “Məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verərkən jurnalist Ermınistanın kənardan silahlandırılması barədə də dövlət başçısına bir neçə sual verib.

PİA.az müsahibənin həmin hissəsini təqdim edir:

– İki gün əvvəl radioda Sizin Ermənistanın bu müharibəni aparmaq üçün pulu haradan aldığını soruşduğunuzu eşitdim. Cavab nədir?

– Heç bir cavab yoxdur. Mən bir aydır bu sualı verirəm. Biz ilkin hesablama aparmışıq.

– Mənə elə gəlir ki, bu sualı davamlı olaraq verən şəxsdə müəyyən mənada bir cavab olmalıdır.

– Cavabım olsaydı, soruşmazdım. Hələ də soruşuramsa, o deməkdir ki, cavab almamışam. Biz məhv etdiklərimiz barədə minimum ilkin hesablama aparmışıq, yeri gəlmişkən, mən bizim məhv etdiklərimizin hamısını açıqlamamışam. Bu, olacaq. Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir. Onun büdcəsi 2 milyard dollardan azdır. Onun xarici borcu 8 milyard dollardır.

– Onları Rusiya dəstəkləyir.

– Bu, sizin fikrinizdir?

– Bu, rəsmidir. Sirr deyil. Başqa kimsə var?

– Bəlkə də, mən bilmirəm. Beləliklə, mən soruşuram, amma heç bir cavab verilmir. Ona görə də, soruşmağa davam edəcəyəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar