Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MM-in deputatlar prezident seçkilərini müşahidə etmək üçün Moldovaya gedib  

Oktyabrın 30-da Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanovun müşayiəti ilə MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclisin Sədrinin müavini Adil Əliyev, üzvləri Sabir Hacıyev, Rüfət Quliyev və Aydın Cəfərov Moldovanın Qaqauziya Muxtar Ərazisinə səfər edərək burada yaradılmış seçki məntəqələrinə baş çəkib və səfər çərçivəsində Qaqauziya başqanı İrina Vlax və Qaqauziya Xalq Məclisinin sədri Vladimir Kıssa ilə görüşüb.

Azərbaycanın Moldovadakı Səfirliyindən verilən məlumata görə, İrina Vlax Qaqauziyada seçki məntəqələri səsverməyə tam hazır olduğunu bildirib. Onun sözlərinə görə, məntəqələrdə seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq şərait yaradılıb. “Biz çox şadıq ki, beynəlxalq müşahidəçilər Qaqauziyada yaradılan seçki mühiti ilə tanış olurlar”.

İrina Vlax, həmçinin bildirib ki, Azərbaycan Qaqauziyada bir sıra sosial layihələr həyata keçirib və bu gün də bi siyasət davam etdirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Çadır-Lunqa şəhərində mədəniyyət və təhsil mərkəzi inşa olunur. Qaqauziya başqanı göstərdikləri dəstəyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.

Sonra MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitriy Kobiçkiyin iştirakı ilə millət vəkilləri Komrat şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb. Milli Məclisin Sədr müavini Adil Əliyev ümummilli liderin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yerindən söhbət açıb, öz növbəsində, D.Kobiçkiy ulu öndər Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışıb.

Bundan əlavə, millət vəkillərimiz Qaqauziyada təhsil alan azərbaycanlı tələbələr ilə görüşüb, gəclərimiz bu çətin günlərdə Azərbaycan xalqına və ordumuza dəstək olmaq məqsədilə Ali Baş Komandanın çağırışı ilə orduda xidmət göstərməyə hazır olduqlarını bildirib, bununla bağlı səfirliyimizə çoxsaylı məktublar göndərdiklərini dilə gətirib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar