Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balasanyan Paşinyandan nə istəyib?

Ötən gün məlum olub ki, işğal altında olan Qarabağdakı qondarma qurumun “təhülkəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan İrəvana gedib və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb, lakin görüş haqqında rəsmi məlumat səslənməyib.

Fakt özlüyündə qəribədir, çünki Balasanyan radikal müxalifətdir və həmişə Paşinyanı tənqid edirdi. Tərəflər hansı məsələlərin müzakirə olunması ilə bağlı detalları açıqlamaq istəmirlər.

Ermənistan Baş nazirinin mətbuat katibi KİV-lərə bildirib ki, ikitərəfli görüş olub, söhbətdən xəbərdar deyil. Balasanyan isə görüş faktını təsdiq edərək yalnız deyib ki, hər şey yaxşı olacaq.

“Hraparak” nəşri yazır ki, Balasanyanın səfərinin məqsədi Azərbaycan ordusunun azad etdiyi ərazilərdən birini qaytarmaqla bağlı əməliyyat hazırlamaq üçün Paşinyandan icazə almaq olub.

Balasanyan deyib ki, vəziyyət ümidverici deyil və ordu ilə döyüşlərin taktikasının hazırlanmasında iştirak etməyə dair ona icazə verməlidirlər, üstəlik, istiqamətlərdən birinin qaytarılması əməliyyatını ona həvalə etməlidirlər. Deyəsən bu şərtlə razılıq alıb ki, bu əməliyyatı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın birbaşa nəzarəti ilə və onunla razılaşdırılmış şəkildə həyata keçirəcək. (ordu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar