Cümə axşamı, 26 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Azərbaycanın müharibəni udduğu görünür...” – Amerikalı keçmiş həmsədr

“The Washington Post” qəzetində dərc olunan məqalədə oktyabrın 30-na planlaşdırılan Cenevrə danışıqlarından gözləntilərin böyük olmadığı qeyd olunur. 

Kentukki Universitetinin professoru, vaxtilə ATƏT-in Minsk Qrupunun həmsədri olmuş Kerri Kavano qəzetdə yazır ki, münaqişə tezliklə qarşısıalınmaz bir nöqtəyə çata, döyüşlərin dramatik şəkildə genişlənməsini, itki artımını dayandırmaq mümkün olmaya bilər. Müəllif qeyd edir ki, Azərbaycanın müharibəni udduğu görünür. Son bir ayın əməliyyatları status-kvonu Bakının xeyrinə dəyişib.

“Onminlərlə etnik erməni qaçıb; onminlərlə azərbaycanlı vaxtilə yaşadıqları torpaqlara qayıtmaq barədə düşünür. Hər iki tərəfdən minlərlə əsgər həlak olub. Müharibə zonasından gələn xəbərlərə görə, Azərbaycan qüvvələri Dağlıq Qarabağı Ermənistanla birləşdirən strateji quru dəhlizini geri almaq üzrədir”, – məqalədə deyilir.

Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov qəzetə bildirib ki, Ermənistan Türkiyə ilə deyil, Azərbaycanla savaşır. "Anlayıram ki, onların Azərbaycanın indi daha güclü bir ölkəsini dərk etməsi çətindir”, – deyə diplomat vurğulayıb. Səfirin sözlərinə görə, ermənilər münaqişəni elə bir həddə qədər qızışdırmaq istəyirlər ki, Ermənistanda hərbi bazası olan Rusiya regiona sülhməramlı göndərsin.

"Rusiya Ermənistanı hücumdan müdafiə etməyə boyun olsa da, özünü Dağlıq Qarabağ müharibəsindən kənar tutur". Bunu isə “The Daily Beast” portalında Anna Nemtsova yazır.

Müəllif artıq Ermənistanın Rusiyadan əlini üzdüyünü iddia edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Moskva üzv ölkələrə hücum olarsa hərbi göndərməyə boyun olub.

Azərbaycan Prezident Administrasiyasında İctimai və Siyasi Məsələlər departamentinin rəhbəri Fuad Axundov portala deyib ki, KTMT sazişi bu münaqişəyə aid ola bilməz. 

“Bu, Azərbaycan ərazisində gedən müharibədir – Ermənistan ordusunu Azərbaycan ərazisindən çıxarırıq. Heç kəs KTMT-yə hücum etməyib; əksinə, bu qurumun üzvü olan Ermənistan KTMT-nin tanıdığı BMT qətnaməsini pozur”, – o vurğulayıb. (Azadlıq.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?

Ermənilər Zod qızıl yatağını verməmək üçün saxta sərhəd düzəltdilər

Ermənilərin yaşadığı bölgəni ruslar idarə edəcək

Rusiya Qarabağda öz idarəetmə sistemini yaradır - Bu qeyri-rəsmi ilhaqdır, yoxsa zərurət?..

Ermənilər Xankəndinə niyə qayıdır? - Maraqlı açıqlama

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - Fotolar

Paşinyandan Rusiya sülhməramlılarıyla bağlı açıqlama

MN: Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub - Video, Foto

“Liderinin ölümünə hamıdan çox o sevinmişdi…” – Əliyevdən Əli Kərimli haqda şok sözlər

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...

“Rusiya ordunu gücləndirəcək, amma...” - Ermənistanın sabiq baş naziri 

loading...

Ən çox oxunanalar