Çərşənbə, 02 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

General Karapetyan: “Döyüşlər Şuşa altında gedir, köməyə gəlin, yoxsa Ermənistana qoşunla gələcəyik...”

Erməni general: “Türklər bizimlə qarşılaşmırlar, sadəcə toplarla, raketlərlə işləyirlər, gəlib ölmüş oğlanlarımızın mövqelərində otururlar”.

Dağlıq Qarabağdakı erməni hərbi elitasının daha bir lideri, general Arkadi Karapetyan Azərbaycan ordusunun Şuşanın həndəvərinə çatdığını bildirib və Ermənstandan hamını köməyə çağırıb. Bildirib ki, əks halda onlar Ermənistana qoşunlarla gedəcəklər.

Əvvəlcə Karapetyan barədə qısaca. Arkadi Karapetyan ermənilərin əfsanəvi komandirlərindən biridir. 1958-ci ildə Xankəndində anadan olub, hələ ötən əsrin 70-ci illərində Dağlıq Qarabağda gizli erməni separatçı hərəkatında yer alıb. 90-ci illərin sonlarında isə Qarabağda erməni separatizmini alovlandıranlardan biridir. 1988-ci ildə Yerevanda yaradılan “Qarabağ” komitəsinin üzvü, separatçı “Krunk” təşkilatının sədr müavini olub. 1989-1991-ci illərdə “Daşnaksütun” sıralarında yer alıb.

Dağlıq Qarabağdan azərbaycanlıların qovulmasına bilavasitə başçılıq edib və 1990-1992-ci ildə separatçıların “müdafiə ordusunun” komandanı olub. Daha sonra separatçıların “özünümüdafiə komitəsi”nin üzvü kimi Qarabağın işğalına rəhbərlik etməyə başlayıb. 1992-ci ilin mayında Arkadi Karapetyan Şuşaya hücuma başçılıq edənlərdən biri idi. Onun başçılıq etdiyi dəstələr şərq istiqamətindən-Şoş kəndindən Şuşaya həmlə etmişdi. Daha sonra Karapetyan Ermənistanda Levon Ter-Petrosyanın hakimiyyəti dövründə, polkovnik rütbəsində ordunun kəşfiyyat rəisi və polk komandiri (1993-1996) olub. 1997-ci ildə Qarabağa qayıdıb və müharibə veteranları ittifaqını yaradaraq ona rəhbərlik etməyə başlayıb. Hazırda o, öz dəstəsi ilə Qarabağda döyüşməkdədir. Əvvəllər çıxışlarında Qarabağ münaqişəsinin həllinin "Bakını almaqla mümkün olacağını" deyirdi.

Arkadi Karapetyan Facebook üzərindən yaydığı videomüraciətində deyir: Ermənistanda insanlar burada baş verənlərdən xəbərsizdir. Müharibə Şuşanın ətrafında gedir. Buradan sizə nə dediklərini bilmirəm, amma müharibə az qala Şuşa divarlarının altına çatıb. Türklər bizimlə qarşılaşmırlar, sadəcə toplarla, raketlərlə işləyirlər, gəlib ölmüş oğlanlarımızın mövqelərində otururlar. Mən bunu çaxnaşma yaratmaq üçün demirəm, ona görə deyirəm ki, indi bizim qoz-fındığa və şirniyyatlara deyil, köməyinizə ehtiyacımız var. Yoxsa Ermənistana biz qoşunlarla gələcəyik. Birləşmiş erməni xalqıyıqsa, kömək edin. Ya da deyin tək qalmışıq. Hava məkanını bağlamaq üçün müasir silahlara ehtiyacımız var. Bu sirr deyil, bütün Qarabağ bunu bilir, görür. Elə indi də, bu gün də başımıza göydən nə gəldi tökürlər, heç nə edə bilmirik...”.

Erməni sosial şəbəkə istifadəçiləri isə dərhal Karapetyanın müraciətinin altından onu qınayan şərhlər yazmağa başlayıblar. Xatırladaq ki, bundan əvvəl qondarma rejimin rəhbəri Araik Arutyunyan da Şuşa kilsəsinə gələrək orada şam yandırmışdı, dua etmişdi və müraciətlə çıxış edərək Azərbaycan ordusunun böyük qüvvə ilə Şuşanın 5 kilometrliyinə çatdığını bildirmişdi. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Laçında 200 erməni saxlanılıb - Rus sülhməramlılarına "xidmət" etmək üçün

Liparityan: “İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi”

“Qarabağ ermənilərinin kütləvi dönüşü olmazsa...“ - Jirayr Liparityan

Azərbaycanda Qələbə paradı keçiriləcək - Vaxtı açıqlandı

Türkiyə və Rusiya Qarabağla bağlı anlaşdı - Türklər gəlir...

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək - Sərəncam

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği bilindi - Rəsmi

Qazaxın işğal olunmuş 7 kəndi ilə bağlı açıqlama

Ofşor şirkətindən ödəmə və Əhməd Əhmədzadənin oğluna məxsus milyonluq mülk

Ermənistan Tehranın təklif etdiyi planı qəbul etmədi, Azərbaycan isə... – İran səfiri

Pentaqondan Azərbaycan ordusunun Qarabağ döyüşü təcrübəsini öyrənmək üçün daha bir qərar

loading...

Ən çox oxunanalar