Cümə axşamı, 26 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

GUAM Bərdə və Tərtərin atəşə tutulması ilə bağlı bəyanat yaydı

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın BərdəTərtər rayonlarının raket atəşinə tutulmasını pisləyən bəyanat yayıb.

PİA.az xəbər verir ki, GUAM-ın “Twitter” səhifəsində yerləşdirilən bəyanatda çoxsaylı insan tələfatı ilə nəticələnən Ermənistanın raket hücumu kəskin şəkildə qınanılıb.

Bəyanatda deyilir: “Ermənistanın oktyabrın 27-28-də Azərbaycanın BərdəTərtər rayonlarında mülki infrastrukturu raket atəşinə tutmasını qınayırıq. Bu hücumlar cəbhə bölgəsindən uzaqda yerləşən ərazilərdə çox sayda dinc insanın həlak olmasına və yaralanmasına səbəb olub. Onların arasında uşaq, qadın və yaşlı insanlar da var. Eyni zamanda, çox sayda mülki obyekt dağıdılıb. Ermənistanın dinc əhaliyə qarşı istifadə etdiyi ballistik raketlər və kasetli bombalar beynəlxalq hüquq tərəfindən qadağan olunub. Bu bəyanatla Ermənistan silahlı qüvvələrinin belə cinayət əməllərini pisləyirik. Beynəlxalq ictimaiyyət səmərəli mexanizmdən istifadə edərək Ermənistanı Azərbaycana qarşı müharibə cinayətləri törətməsinin qarşısını almalıdır”.

pia.az


Etiket: GUAM

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər Zod qızıl yatağını verməmək üçün saxta sərhəd düzəltdilər

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...

Ermənilər Xankəndinə niyə qayıdır? - Maraqlı açıqlama

Rusiya Qarabağda öz idarəetmə sistemini yaradır - Bu qeyri-rəsmi ilhaqdır, yoxsa zərurət?..

Ermənilərdə əsirlikdə olan hərbiçimiz Amin Musayev Azərbaycana qaytarılıb - Video

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - Fotolar

“Rusiya ordunu gücləndirəcək, amma...” - Ermənistanın sabiq baş naziri 

“Ananı azad edib, balanı həbsdə saxlamaq qələbə sevincinə kölgə salır” – İlyas İsmayılov

loading...

Ən çox oxunanalar