Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya medası: NATO-ya can atan Ermənistan Rusiyanın nəyinə lazımdır?

"Seçkiqabağı qızdırma ABŞ-ı açıq şəkildə ermənipərəst kurs aparmağa məcbur edir və İrəvan buna qarşılıqlı cavab verir. Vəziyyət bir daha Moskva qarşısında bu sualı gündəmə gətirir: belə bir tərəfdaş naminə strateji müttəfiqlərlə münasibətləri riskə atmağın mənası varmı?”

Qaynarinfo xəbər verir ki, bu sözlər Rusiyanın MK.ru saytının bir təhlil yazında yer alıb. Məqalə sırf qərbpərəst Paşinyanın xətrinə Rusiyanın öz strateji müttəfiqləri ilə münasibətləri korlamağının mənası olmadığını qeyd edir.

Məqalənin davamını olduğu kimi təqdim edirik:

ErmənistanAzərbaycanın xarici işlər nazirlərinin dövlət katibi Mayk Pompeo ilə görüşləri təşəbbüsü əvvəlcə ümid vermirdi: diplomatlar 30-40 dəqiqə söhbət etdilər. Ermənistan Xarici İşlər naziri dialoqu məhsuldar adlandırdı, baxmayaraq ki, təşəbbüsü Moskvanın əlindən almağa çalışmaqdan başqa o görüşün mənasının nə olduğu bir o qədər aydın deyil. Üstəlik, İrəvanın orada nə danışmasından asılı olmayaraq, Rusiya paytaxtındakı danışıqlar marafonundan dərhal sonra Qarabağdan kənarda yerləşən Azərbaycan şəhərlərini (Gəncə və Mingəçevir) atəşə tutan erməni qüvvələri idi.

Yaxın məsafədən baxsaq, ABŞ ilə dialoqun "məhsuldarlığı" başa düşüləndir. Daxili siyasət və erməni diasporasının səslərini almaq gözləntiləri Ştatların aktivləşməsinə kömək edir. Prezidentliyə namizəd Co Bayden Trampı passivliyə və vasitəçi rolunu Moskvaya ötürdüyünə görə tənqid etdi.

Pompeo bir müsahibəsində ona cavab verdi: o, açıq şəkildə bir neçə ermənipərəst bəyanat verdi, NATO-nun ortağı olan Türkiyəni tənqid etdi. Eyni zamanda, erməni lobbisi onun sözlərini hərəkət üçün bir işarə olaraq qəbul etdi. Nümayəndələr Palatasının üzvü Qreys Napolitano (qondarma. - qaynarinfo) "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınmasını təklif etdi və Frank Pallonenin rəhbərlik etdiyi bir qrup konqresmen Konqresin aşağı palatasına müvafiq qərar təqdim etdi.

Pallone Amerikanın Erməni Milli Komitəsi ilə yaxından əlaqədə olduğu üçün təşəbbüsü dərhal dəstəklədi. Həmçinin, Demokrat Partiyasından bir qrup senator Azərbaycan və Türkiyəyə hərbi yardım məsələsinə baxmağa çağıran qətnamə layihələrini təqdim etdi.

Nikol Paşinyan Corc Sorosun və ümumiyyətlə, Qərbin "rəngli" inqilablarında yaxından iştirak edən adamı kimi qəbul edilir. O, bir çox anti-Rusiya əhvallı şəxsi hakimiyyətə gətirib: Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency International) seçki proqramlarının keçmiş koordinatoru Armen Qriqoryanı Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə, Soros Fondunun idarə heyətinin sədri Sasun Xaçatryanı isə Xüsusi İstintaq Xidmətinin rəhbəri postuna təyin edib. Artur Vanetsyan Sorosun fəaliyyətinin təhküəsi barıdı fikirlərindən sonra Milli Təhlükəsizlik Xidməti vəzifəsini itirdi. Baş nazirin özü də Rusiya şirkətlərinin (məsələn, Rusiya Dəmir Yolları) törəmə şirkətlərinə qarşı cinayət işi qaldırdı.

İrəvanın üzünü bütün səviyyələrdə Qərbə tərəf çevirməsi təəccüblü deyil. Beləliklə, KTMT üzvü bir dövlətin prezidenti Armen Sarkisyan Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdü. Düzdür, tərəflər hadisələrə yanaşmada razılaşmadılar: Sarkisyan Azərbaycana pilotsuz təyyarələr satıldığına görə Türkiyəni münaqişənin üçüncü tərəfi adlandırdı (bu məntiqə görə, münaqişə tərəfi kimi onlara ad çəkmək olar) və Stoltenberq NATO-nun orada iştirak etmədiyini xatırladaraq tərəfləri təmkinli olmağa çağırdı.

Lakin münaqişənin ilk mərhələlərində Paşinyan yenə də Moskvaya güvənirdi. Kreml balanslı bir mövqe tutdu və sonra baş nazir Rusiya Federasiyasının onun tərəfinə keçməli olmasıyla bağlı arqumentlərin siyahısını genişləndirdi. Bunlar arasında təkcə Türkiyənin müharibədə iştirakı ilə əlaqəli təsdiqlənməyən açıqlamalar deyil, eyni zamanda Suriyalı yaraqlıların iştirakına dair məlumatlar da var. Buna isə aydın və inandırıcı bir dəlil təqdim olunmurdu.

Moskva KTMT çərçivəsində İrəvan qarşısında öhdəliklərini qəbul etsə də, məhz bu məqamda Rusiya Federasiyası tərəfindən müdafiə olunmaq üçün heç bir əsas olmadığını vurğuladı.

"Hərbi əməliyyatlar, böyük təəssüflə qeyd edək ki, hələ də davam edir; o əməliyyatlar isə Ermənistan ərazisində aparılmır”, - Putin "Rusiya-1" telekanalına verdiyi müsahibədə dedi.

Moskvanın təmkinli siyasəti fonunda Paşinyanın Qərbə üz tutması təəccüblü deyil. Aydındır ki, İrəvan gözləyir. Gözləyir ki, bəlkə hələ də Rusiya Federasiyası münaqişəyə qarışa bilər. Erməni tərəfinin Putinə son müraciətləri məhz bununla əlaqələndirilə bilər. Məsələ burasındadır ki, Kremldə İrəvanın Qərblə oyuna girməsi fonunda onun sədaqətinə inanacaqlarmı və strateji tərəfdaşlığın aydın və məntiqli xəttinə sadiq qalan rəsmi Bakı ilə əlaqələrini riskə atacaqlarmı?..

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar