Şənbə, 05 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Makronun islamafobiya siyasəti Fransanın daxilində kataklizmlərə yol aça bilərmi?

Fransada yerli əhali ilə ərəblər arasında vətəndaş qarşıdurması ola bilər?..

Politoloq: “Makronun mövqeyinin Fransa daxilində böyük problemlərə yol açacağını düşünmürəm”

“Fransa 80 milyonluq bir xalqın liderinin şəxsiyyətinə hörmətsizlik etdi və hesab edirəm ki, söz və ifadə azadlığı buna yol vermir”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Fransa prezidenti Emanuel Makronun islama qarşı sərgilədiyi mövqeyin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Makronun islama qarşı sərgilədiyi mövqe bütün dünya müsəlmanlarınln etirazına səbəb olub. Bilirik ki, Fransa afrikalı müsəlmanların böyük çoxluq təşkil etdiyi ölkədir və bu ərəb əsilli müsəlmanların Fransa hakimiyyətinə qarşı mövqeyi tarixən neqativdir.

Makronun yürütdüyü islamafobiya siyasəti Fransanın daxilində hansı karaklizmlərə yol açır. Fransada yerli əhali ilə ərəblər arasında vətəndaş qarşıdurması ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Fransa son illərdə sığınacaq almış miqrantların yaratdığı narahatlıqları yaşayır”.

Makronun mövqeyinin Fransa cəmiyyətində böyük kataklizmlərə yol açacağını düşünməyən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, orada yaşayan ərəblər artıq uzun müddətdir ki, Patis ətrafında yaşayırlar və Fransanın müstəmləkəsi olan ölkələrdən gəliblər. Onlar artıq müəyyən qədər Fransa cəmiyyətinə adeptasiya olublar:

“Makronun mövqeyinin Fransa daxilində böyük problemlərə yol açacağını düşünmürəm. Çünki orada yaşayan ərəblər artıq uzun müddətdir Paris ətrafında yaşayırlar və bu ərəblərin böyük əksəriyyəti Fransanın müstəmləkəsi olan ölkələrdən gəliblər. Onlar artıq müəyyən qədər Fransa cəmiyyətinə adeptasiya olunublar. Buna görə də Makronun mövqeyinin Fransa cəmiyyətində böyük kataklizmlərə yol açacağını düşünmürəm. Amma ola bilər ki, Makronun mövqeyi radikal dini qrupların narazılığına səbəb olsun.

İndi Fransa miqrantları öz ölkələrinə qaytarmaq istəyirlər. Çünki hesab edirlər ki, miqrantlar özlərini apara bilmirlər.

Fransızlar Avropanın mədəni xalqlarından biridir və orada yaşayan müsəlmanlarla uyuşa bilmirlər. Bu daha çox müsəlmanların radikal mövqeləri ilə əlaqəlidir. Buna görə də onların radikal mövqeyi fransızlar tərəfindən qəbul olunmur və onlarda islamafobiya böyüyür.

Onu da qeyd edim ki, miqrantların Fransaya axını bu ölkənin müstəmləkə siyasətinin nəticəsidir və Şimali Afrikada bir zamanlar törətdikləri soyqırımlar indi də fransız xalqını təqib edir. Fransa əsasən son illərdə sığınacaq almış miqrantların yaratdığı narahatlıqları yaşayır. Bunların da çoxusu ərəb deyil. Məsələn Rusiyadan gedib sığınacaq alan çeçenlərin qaytarılması ətrafında Fransanın daxili işlər naziri yaxın günlərdə Rusiyaya gələcək.

Bəziləri müsəlman deyəndə, onların böyük haqqsızlıqlara düçar olmasını düşünür və belələrinə görə müsəlmanların hamısı mələkdir. Amma bu belə deyil. Çünki müsəlmanlar özlərinin mental dəyərləri ilə Avropa mədəniyyətindən çox fərqlidirlər.

Ona görə də düşünürəm ki, müsəlmanlarla avropalıların uyuşması çox çətin prossesdir. Çünki müsəlmanlarla avropalılar başqa-başqa mədəniyyətlərin insanlardır. Bu üzdən də Avropada müsəlmanlarla ciddi toqquşma gec-tez olacaq. Düşünürəm ki, bütün hallarda mənsub olmadığın və yaşadığın cəmiyyətin qanunlarına hörmətllə yanaşmalısan. Amma müsəlmanlar Avropaya öz qanunlarını gətirirlər. Bu da təbii olaraq Avropada qəbul olunmur.

Nəzakət Məmmədova: “Müsəlmanlarla avropalılar başqa-başqa mədəniyyətllərin insanlardır. Bu üzdən də Avropada müsəlmanlarla ciddi toqquşma gec-tez olacaq.”.

Digər tərəfdən Fransanın imperialist mövqeyi də qeyd edilməlidir. Yəni ola bilər ki, Fransa miqrantlara yuxarıdan aşağıya baxsın. Amma miqrantların da iki yolu var. Onlar ya yaşadıqları cəmiyyətin qanunlarını qəbul etməlidirlər, bu qanunlara tabe olmalıdırlar, ya da öz ölkələrində yaşamalıdırlar. Amma ümumilikdə peyğəmbərin karikaturasını çəkmək və bunun Fransa prezidenti səviyyəsində xoş görülməsi dini inanclı bütün müsəlmanların təhqir edilməsidir. Bu əlbəttə ki, yolverilməzdir. Demokratiya insanların haqqlarını tapdalamağa imkan vermir.

Fransasa indi də Türkiyənin prezidentinin təhqiramiz karikaturasını çəkiblər. Bu hərəkət də yolverilməzdir. Çünki bu diplomatik etiketin tamamilə aşmasıdır. Fransa 80 milyonluq bir xalqın liderinin şəxsiyyətinə hörmətsizlik etdi və hesab edirəm ki, söz və ifadə azadlığı buna yol vermir. Ərdoğan da buna qarşılıq olaraq Makronun cavabını verib.

Bir daha qeyd edim ki, Fransada müsəlmanların kataklizmlərə yol açacaq çaxnaşmasını gözləmirəm. Əksinə olaraq müsəlmanlar etdikləri səhv hərəklərlə Fransaya imkan verirlər ki, onları deportasiya etsinlər”.

Qeyd edək ki, yazı hazırlanarkən Fransadan bir sarsıdıcı xəbər daha gəldi. “Reuters”in məlumatına görə Fransanın Nitsa şəhərinin mərkəzində Notr-Dam Kilsəsində bıçaqla silahlanmış naməlum şəxs insanlara hücum edib. Hadisə nəticəsində üç nəfər həyatını itirib.

Qurbanlardan birinin (qadının) başının kəsildiyini bildirib.

Son məlumatlara görə, təcavüzkar saxlanılıb.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xocalı və Xankəndi ilə bağlı yeni xəbər - Video

Kəlbəcər məktəbində biabırçılıq: Prezidentin şəklinə görə pul yığırlar - Video

Xudavəngə gələn ermənilər kimdən icazə almalıdır? – Açıqlama

“Oktyabrda Paşinyan yanlış qərar verdi, bir korpus darmadağın edildi” – Köçəryan açıqladı

Xankəndinin birinci katibinin ikibaşlı oyunu - oğluna "nazir" vəzifəsi, özünə isə istefa

Hadrut meşələrində gizlənən erməni əsgərləri çarəsiz durumda - Kömək istəyiblər...

"Paşinyan Əliyevə cavab verə bilmir, çünki..." - Erməni general

Ramiz Mehdiyevin ortağı olan məşhur iş adamı karantində toy elədi – Adı niyə gizlədilib?

“Pulunuz yoxdursa, Zəngəzuru verin” - Rusiyalı politoloqdan Ermənistana təklif

Azərbaycanlı milyarderlərin Qarabağla bağlı susqunluğu…

Abramyan hiddətləndi:"Azərbaycan hərbçiləri Xankəndində alış-veriş edir.."

loading...

Ən çox oxunanalar