Şənbə, 28 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kamran Əliyev türkiyəli rəsmilərlə ermənilərin Bərdə terrorunu müzakirə etdi

2020-ci ilin oktyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gül, Baş prokuroru Bekir Şahin və Ali Məhkəməsinin sədri Mehmet Akarca arasında telefon danışığı baş tutub.

Bu barədə Baş prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Kamran Əliyev Türkiyə Respublikasının milli bayramı – Cümhuriyyətin elan olunmasının 97-ci ildönümü münasibətilə həmkarlarını təbrik etmiş, onlara firavanlıq arzularını çatdırılıb.

Baş Prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Kamran Əliyev Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının xalqlarımızın ortaq milli, mənəvi dəyərlərindən və ənənələrindən güc almaqla dünya ölkələrinə bir nümunə olduğunu vurğulayıb, qardaş Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyini müdafiə etməsi və Vətən müharibəsi dönəmində ən yüksək mənəvi dəstəyinin xalqımız üçün olan əhəmiyyətindən söz açıb.

Baş Prokuror Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc əhalimizə qarşı törətdiyi cinayətlər, o cümlədən, 27 və 28 oktyabr tarixlərində mülki əhalinin sıx yaşadığı Azərbaycanın Bərdə şəhərinə raketlərin atıldığını və nəticədə 25 nəfərin həlak olduğunu, 82 nəfərin yaralanması, çoxsaylı yaşayış evləri və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyməsi barədə həmkarlarını məlumatlandırıb.

Türkiyəli həmkarları öz növbəsində Ermənistanın Azərbaycana yönəlmiş terror əməlləri ilə əlaqədar həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək yaralananlara Allahdan şəfa diləyiblər.

Ermənistanın Azərbaycana yönəlmiş terrorçu hücumlarına görə cavab verməli olduğunu bildirən həmkarlar Ermənistanın oktyabrın 27-i və 28-i tarixlərində Bərdə şəhərinin dinc sakinlərini hədəfə alaraq raket zərbələri endirməsini kəskin pisləyib, Türkiyənin daim Azərbaycanın yanında olacağını nəzərə çatdırıb.

Kamran Əliyev və Türkiyəli həmkarları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putinlə Paşinyanın danışığının təfərrüatları üzə çıxır: Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?!

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımadı

Laçının Qarıqaya kəndində 28 ildir qanunsuz yaşadıqları evlərə od vurub çıxan mülki işğalçılar - Fotolar

Zabitimizdən ermənilərə: "Sabah gələndə sizi burda görməyək!" – Video

Ermənistan bu əraziləri də Bakıya verməlidir - Rusiyadan açıqlama

Yeni nazir yüz faiz Rusiyanın adamıdır: Bakıda təhsil alıb

BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yaydı

Makronun 24 yaş böyük qadınla evlənməsinin sirri...

Türk əsgəri nə zaman Qarabağda olacaq? - Türkiyəli deputatdan mühüm açıqlama

65 yaşdan yuxarı şəxslər dekabrın 13-dək evdən çıxa bilməyəcəklər

Paşinyan arvadını Xankəndinə generalların yanına niyə göndərirmiş...

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay