Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Litvalı jurnalist: "Azərbaycan düşmən ordusunu öz torpaqlarından çıxarır"

“Beynəlxalq hüquqa, NATOAvropa İttifaqı ölkələrinin xarici siyasət prinsiplərinə, BMT-nin sənədlərinə görə, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Deməli, Azərbaycan Ordusu Qarabağda heç bir qəbahət iş tutmur, sadəcə ərazilərini zəbt etmiş düşmən ordusunu oradan çıxartmağa çalışır”.

Bu fikirlər litvalı jurnalist Vitautas Çepukasın yazısında yer alıb.

Müəllifin fikrincə, Azərbaycan Ordusu da əvvəllər Ukrayna, Moldova, Gürcüstan torpaqlarını müdafiə edən yerli hərbçilər kimi hərəkət edir:

Ermənistan qan tökülməsini istəmirsə, ordusunu özgə torpaqlardan çıxartsın. Onda müharibə dərhal qurtarar. Söhbət nədən gedir? Biz bəzilərinin ərköyün davranışlarına yol veririksə, o birilərinə də bu haqqı verməli olacağıq. Yəni Litva Erməniləri İttifaqına, Baltiya Erməniləri Alyansına Vilnüsdə yürüşə çıxıb Azərbaycanın Dağlıq Qarabağda erməniləri məhv etməsi barədə şüarlar səsləndirməyə icazə vermişiksə, onda məsələn, Ukrayna, Gürcüstan, Moldova da öz torpaqlarını güc yolu ilə qaytarmaq istəsələr və müharibə zamanı insanlar həlak olsa, adıçəkilən ölkələrin ərazi bütövlüyünü pozan separatçıların da üzünə öz küçələrimizi gərək açaq. Lakin belə etsək, düzgün olmaz. Çünki hər hansı separatizmə, fərqi yoxdur, Litvada, Polşada, İspaniyada olsun, nə televiziyada, nə də küçələrdə söz söyləmək imkanı verilməməlidir”.

Jurnalist qeyd edib ki, rəsmi Bakı son 30 il ərzində qərb ölkələrindən kömək gözləyərək sonsuz səbr edib, lakin onlar bu problemi həll etməkdə tamamilə aciz qalıb:

“Bəs azərbaycanlılar neyləməlidirlər? Rəsmi Yerevan da 30 ildir Ermənistan ordusunun yenilməzliyindən dəm vurur. İndi nə görürük? Təlaş içindədirlər. Ermənistan rəhbərləri, o cümlədən Nikol Paşinyan vahiməyə qapılaraq qərb ölkələrindən imdad diləyirlər. Ancaq qərb Ermənistana heç bir kömək edə bilmir. Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Azərbaycan isə indiyədək heç bir qəbahət iş tutmayıb, sadəcə yad ordusunu öz torpağından çıxardır. Əgər Yerevanı bombalasaydılar, onda Bakını qınaya bilərdik. İndi isə qətiyyən yox”.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar