Cümə axşamı, 03 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Nazirlik adından vətəndaşlara saxta məktublar göndərilir

Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatlarını davam etdirir. Düşmən bu dəfə də elektron poçt üzərindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından “fişinq” xarakterli məktublar göndərir.

Nazirlikdən verilən məlumata görə, göndərilən saxta məktublarda istifadəçilərdən 48 saat ərzində məktubda göstərilmiş keçidə daxil olaraq elektron poçtları qeydiyyatdan keçirmələri və onu təsdiq etmələri istənilir. Əks halda, həmin istifadəçilərin e-poçtlarından istifadə edə bilməyəcəkləri bildirilir. Yalançı məktuba etibarlığı artırmaq üçün mətndə Azərbaycan Respublikasının bayrağı və gerbi, nazirliyin loqosu, ünvanı, rəsmi şəxsin adı göstərilir. Məqsəd istifadəçilərin diqqətini yayındıraraq, zərərli keçidlərə daxil olmağa vadar etməklə müvafiq məlumatları ələ keçirmək və bu yolla həmin şəxslərin istifadə etdikləri avadanlığa və şəbəkəyə yol tapmaqdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Qeyd edək ki, bir çox istifadəçilərin öz elektron poçtlarına VPN internet bağlantısından istifadə yolu ilə daxil olması həmin şəxslər və onların təmsil etdikləri qurumların şəbəkələri üçün çox ciddi təhlükə riski yaradır.

İstifadəçilərdən xahiş olunur ki, hazırkı dövrdə maksimum diqqətli olsunlar, bu kimi məlumatlara etimad edib ani hərəkət etməsinlər. Eyni zamanda keçidlərə daxil olub fərdi məlumatlarını təqdim etmədən öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Bir daha qeyd edirik ki, bu formatlı məlumatlar xüsusən “fişinq” (tilova salmaq) cəhdləridir.

Həmçinin vətəndaşlar bu kimi hallarla üzləşdiklərində, 1654 və 1655 qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

KTMT-nin sammitində Paşinyan Azərbaycanın adını çəkərkən mikrofonu söndü - Video

General mayor Ramiz Zeynalov vəzifədən azad olundu

Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır

“Tezliklə biz, ermənilər Rusiya pasportları alacağıq” – “Nyu York Tayms”-ın Qarabağdan reportajı

“Bu proses Xocalı, Xankəndi və Xocavəndi də əhatə edəcək” 

"Qarabağ məsələsində bitərəf ola bilmədiniz" - Cavuşoğlu ilə Pompeo arasında mübahisə yaşanıb

“Xankəndidə Azərbaycan manatı işləyəcək” – Açıqlama

Qarabağda erməni vandalizmi əsgərimizi dəhşətə gətirdi: Yeraltı tunellər, güllələnmiş fərarilər... - Foto

Azərbaycan əsgərindən erməniyə: “Səndən mənə qardaş olmaz, sən ermənisən” - Şərhsiz video

“Müharibədən onlarla dəfə böyük və dağıdıcı faciə qaçılmaz olacaq” – Aslan İsmayılov

“Əgər biz mallarımızı Azərbaycana sata bilsək bunun nəyi pisdir?...”

loading...

Ən çox oxunanalar