Çərşənbə, 25 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“McDonalds“ın reklamları studiyam tərəfindən işlənilir“ - Azad Şabanov

Müğənni Azad Şabanov da vətəndaşları “McDonalds”ı boykot etməyə səsləyib.

Bu barədə yazan sənətçi Azərbaycanın “McDonalds” şirkəti üçün gəlirli yer olduğunu bildirib:

“Mən franşizanın nə olduğunu bilirəm. Bizim etdiyimiz boykotun “McDonalds”ın Azərbaycandakı sahibinə, yəni azərbaycanlı iş adamına təsir edəcəyini də bilirəm. “McDonalds”da işləyən yüzlərlə azərbaycanlının iş yerlərini itirmək təhlükəsini də anlayıram. Məsələ bilirsiz nədir? “McDonalds” franşizasının qanunlarına görə hansısa filialı davamlı olaraq müəyyən gəlir limitini keçməyəndə o filial bağlanır. İllərdir ki, Azərbaycanda bu filialların açıq olmasının səbəbi bu gəlir limitinin daim keçilməsidir. Yəni Azərbaycan “McDonalds” üçün yetərincə gəlirli yerdir”.

A.Şabanov 3 ilə yaxındır şirkətin reklamlarının onun studiyası tərəfindən hazırlandığını da açıqlayıb:

“Biz “McDonalds” Azərbaycandan patriotik bir post istəməmişdik, etdilər, sağolsunlar. Bəs, bunu baş ofisin tələbi ilə siləndə düşünmürdümü ki, bu “McDonalds Azərbaycanın ərazi bütövlüyünü tanımır” mesajını verəcək? Mən hər şeyi gözə alıram, hətta 3 ilə yaxındır “McDonalds Azərbaycan”ın reklamlarının mənim və studiyamın tərəfindən işlənildiyini də nəzərinizə çatdırıram. Hazırda söhbət milli maraqlardan gedir. Dostum Orxan Mərdan demiş, “McDonald's Azerbaijan” şirkətinin rəhbərliyi, o postu qaytarın, adınızı “Həşhüş” qoyun sizi batmağa qoysaq namərdik. Amma baş ofisdən qorxmayın. Onlar bu ölkənin sərhədlərinə bələddirlərsə bunu qəbul etməlidirlər”. İndi isə boykot”.

Qeyd edək ki, bir müddət əvvəl “McDonald's”ın Azərbaycandakı rəsmi səhifəsi “Qarabağ Azərbaycandır” – deyə paylaşım etsə də ermənilərin boykotundan sonra postu silib. Paylaşımı sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Arayik Harutyunyanın gizli səfəri yarımçıq qaldı: “DQR” “lideri” Moskvadan da qovuldu

Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?

Ermənilərin yaşadığı bölgəni ruslar idarə edəcək

“Rusiya yatmış ayı kimi bir şeydir, qıcıqlandırmaq olmaz” – Vahid Əhmədov

Rusiya Qarabağda öz idarəetmə sistemini yaradır - Bu qeyri-rəsmi ilhaqdır, yoxsa zərurət?..

Azərbaycan ordusu Kəlbəcərə yola düşüb - Video

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - Fotolar

Əsabil Qasımovun adı hallan "un qalmaqalı"na deputatdan açıqlama gəldi

Hikmət Həsənov şəhid polkovnikin övladına dövlət bayrağını təqdim etdi - Foto

loading...

Ən çox oxunanalar