Cümə axşamı, 26 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Nüfuzlu medialar Paşinyanı populist və təxribatçı adlandırdı

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başladığı əks-hücum əməliyyatı dünyanın nüfuzlu media quruluşlarının diqqətini Qarabağa yönəldib.

Azərbaycan Ordusu bölgəni seprataçı-terroçu qruplardan təmizlədikcə dünya mediası Qarabağ müharibəsi ilə bağlı materialları manşetə daşıyır. Bu sırada nüfuzlu “The Economist” dərgisinin, “Financial Times” qəzetinin, “Associated Press” agentliyinin adını çəkmək olar.

“The Economist” dərgisi yazır ki, Dağlıq Qarabağ “dünyanın unudulmuş hissəsində” ağır nəticələrə səbəb olacaq qarşıdurma təhlükəsi yaradıb. Dərgi qeyd edir ki, əvvəlki liderlərdən fərqli olaraq Ermənistanın hazırkı populist Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsilə bağlı təxribat səciyyəli fikirlər səsləndirir.

“Financial Times”a görə isə Dağlıq Qarabağ problemi dönüş nöqtəsinə yaxınlaşır. Qəzet hesab edir ki, Azərbaycan müasir silahlar və üsullarla döyüşdüyü halda Ermənistan 30-40 il əvvəlki Sovet İttifaqının texnikasına və hərbi doktrinasına istinad edir.

İngiltərədəki “Royal United Services” İnstitutunun araşdırmaçısı Cek Uatlinq "Bir tərəf müasir silahlar, digəri 70-80-ci illərin silahlarından istifadə edir” deyib.

ABŞ CNA Mərkəzi Rus Araşdırmalar Proqramının direktoru Mixail Kofman isə “Finacial Times”a bildirib: "Azərbaycan Türkiyə və İsraildən satın aldığı silahlarla ciddi üstünlük əldə edib. Ermənistanın ümumiyyətlə bu silahlara qarşı özünü müdafiə edə bilməyəcək tanklar və toplardan istifadə etdiyini görürük”.

Rusiya mediası isə İran və Pakistan da daxil olmaqla Dağlıq Qarabağ problemini təhlil edir.

“İzvestiya” qəzeti İranın vasitəçilik təşəbbüsünə xüsusi diqqət yetirib. Qəzet hesab edir ki, İranın hər iki tərəflə yaxşı münasibətləri ürəkaçandır. Qəzet həmçinin region ölkələrinə səfərə başlayan İranın Xarici İşlər nazirinin müavini Abbas Əraqçinin ilk dayanacağının Azərbaycan olmasına diqqət çəkib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər Zod qızıl yatağını verməmək üçün saxta sərhəd düzəltdilər

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...

Ermənilər Xankəndinə niyə qayıdır? - Maraqlı açıqlama

Rusiya Qarabağda öz idarəetmə sistemini yaradır - Bu qeyri-rəsmi ilhaqdır, yoxsa zərurət?..

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - Fotolar

Ermənilərdə əsirlikdə olan hərbiçimiz Amin Musayev Azərbaycana qaytarılıb - Video

“Rusiya ordunu gücləndirəcək, amma...” - Ermənistanın sabiq baş naziri 

“Ananı azad edib, balanı həbsdə saxlamaq qələbə sevincinə kölgə salır” – İlyas İsmayılov

loading...

Ən çox oxunanalar