Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakerlər erməni itkilərinin siyahısını ələ keçirib - - Tam siyahı

Azərbaycan hakerləri Ermənistanın bəzi hərbi sirlərini ələ keçirib. Sosial şəbəkələrdə yayılan məlumata görə, indiyə qədər düşmən ordusunun ən azı 5468 hərbçisi öldürülüb. Məlumatda məhv edilən düşmən əsgərlərinin adları, ataların adları, soyadları və doğum tarixləri qeyd olunub.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqladığı siyahıda min nəfərdən bir qədər çox hərbçinin öldürülməsini etiraf edib. Hərbi ekspertlər əvvəldən bu rəqəmlərə şübhə edirdilər, çünki Azərbaycan Müdafiə Nazirliyinin yaydığı kadrlarda düşmən ordusunun saysız hesab itkiləri aydın görünürdü.

Hakerlərin ələ keçirdiyi siyahı günü-gündən genişlənir. Yaralıların bundan 3-4 dəfə çox olduğunu nəzərə alsaq, Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi hərbi kontingentin yarıdan çoxunun artıq məhv edildiyini əminliklə söyləmək olar.

Bu gün Azərbaycan prezidenti İlham ƏliyevRusiyanın “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə verdiyi müsahibədə erməni tərəfdən itkilərin beş min nəfər və daha çox ola biləcəyini, bundan 2-3 dəfə çox yaralının olduğunu qeyd edib.

Qeyd edək ki, düşmən ordusunun canlı qüvvə və hərbi texnikasının əhəmiyyətli hissəsinin sıradan çıxarılması Ermənistan rəhbərliyini çətin vəziyyətə salıb. Cəbhədə döyüşən hərbçilərin sıraları sürətlə seyrəlir, fərarilik baş alıb gedir. Arxadan yeni qüvvələrin ön xəttə çatdırılması isə ciddi problemdir. Çünki saysız-hesabsız ölümlər, cəmiyyətdəki ruh düşkünlüyü, məğlubiyyət sindromu öz işini görüb. Gənclər ordudan qaçır, silah gücünə cəbhəyə göndərilənlərin əksəriyyəti orta yaşlı insanlardır. Bunu düşmənin hər gün açıqladığı ölü siyahısından da görmək olur.

Siyahını aşağıdakı linkdən görə bilərsiniz:

https://pastebin.com/raw/HESbNjG7

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar