Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı ekspert: "Paşinyan rejiminə haqlı olaraq faşist deyirlər"

“Paşinyan rejimi tam əsasla faşist adına layiqdir. Cəbhədə müvafiq qaydada cavab verə bilməyən erməni hərbçiləri Azərbaycanın dinc əhalisinə alçaq zərbələr endirirlər”.

Bunu “Report”a açıqlamasında rusiyalı ekspert, beynəlxalq münaqişələrə dair mütəxəssis Yevgeni Mixaylov Ermənistan ordusunun Bərdə şəhərinə raket hücumları nəticəsində 21 dinc sakinin həlak olmasını, 70 nəfərin xəsarət almasını şərh edərkən deyib.

Yerevanın bu münaqişəyə KTMT-ni də dartıb çəkmək cəhdləri adamı məyus edir. Belə ki, Ermənistan ərazisindən dinc məskənləri atəşə tutmaqla Paşinyan və onun adamları öz ərazilərinə qarşı cavab zərbələrə nail olub özlərini müdafiə etmək bəhanəsilə üçüncü tərəfi cəlb etməyi hədəfləyirlər”, - deyən ekspert bu kimi davranışların bağışlanmaz olduğunu deyib: “İndi cavab tədbirlərlə qarşı tərəf kütləvi şəkildə zərərsizləşdirilməlidir. Yəni yalnız Azərbaycanın dinc əhalisi arasındakı itkiləri dəfələrlə üstələyən tələfatla üzləşmək qorxusu hər hansı təxribatların qarşısını ala bilər”.

“Bütün hallarda müharibə sona yaxınlaşır, ermənilərin bütün hərbi caniləri də layiqli cəzalarını çəkəcəklər. Erməni amilinin regional təhlükəsizliyinə nə qədər təhlükə törətdiyinə dair beynəlxalq birliyin hazırda tam şəkildə təsəvvürü yoxdur. Amma Azərbaycan Ermənistanın bugünkü siyasətinin, başbilənlərinin iç üzünü tədricən, get-gedə bütün dünyaya açıb göstərir”, - deyə rusiyalı ekspert fikrini tamamlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar