İtaliyanın İmola şəhərində keçiriləcək "Formula 1" üzrə Emili-Romani Qran-prisi azarkeşsiz olacaq.
Bu barədə İtaliya avtodromunun mətbuat xidməti məlumat yayıb.
Məhdudiyyətlər, koronavirus pandemiyası səbəbindən səlahiyyətli orqanlar tərəfindən regional qadağalarla əlaqəlidir.
Qeyd edək ki, İmoladakı yarış 31 oktyabr - 1 noyabrda gerçəkləşəcək. Bu mövsüm 11 - 13 sentyabrda İtaliyadakı Toskana Qran-prisində ilk dəfə azarkeşlər iştirak edib. Fanatlar Rusiya, Almaniya və Portuqaliyadakı yarışlara da qatılıblar.
pia.az