Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın hazırkı psixoliji vəziyyəti... - Psixoloq şərh etdi

Bir lider kimi Paşinyanın hazırkı psixoliji vəziyyətini necə dəyərləndirmək olar?..

Psixoloq: “Paşinyanın bədən dilindən, danışıq jestindən hiss olunur ki, adam paroniyakdır”.

“Paşinyan tutduğu pozisyanı belə hələ də dərk etmir”.

Bu sözləri psixoloq Fərqanə Mehmanqızı Paşinyanın bir lider kimi hazırkı psixoliji vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Cəbhədəki məğlubiyyətlər fonunda Ermənistanın baş naziri Nikol Paşinyan iki gün dalbadal erməni xalqına ziddiyyətli və bir-birini təkzib edən müraciət edib.

Qeyd edək ki, prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində də bildirmişdi ki, Ermənistanın Baş naziri Paşinyan hazırda psixoloji sarsıntılar keçirir. Prezident qeyd etmişdi ki, onun mənəvi psixoloji vəziyyəti çox gərgindir:

“Qeyri-adekvat qərarlar verir. Məsələn, bir neçə dəfə Hadrutu yenə işğal altına salmaq üçün onlar cəhdlər edirlər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki, bunun strateji nöqteyi-nəzərdən Ermənistan üçün böyük önəmi yoxdur.

Sadəcə olaraq gedib, orada selfi çəkdirmək və əhalisinə bir rapor vermək üçündür. Azərbaycan ordusu o qrupu zərərsizləşdirib. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsizliyi və yırtıcı siyasətinin nəticəsidir. Onlar öyrəşiblər ki, dünya mediasından daim dəstək veriləcək. Dünya erməniliyi, onların havadarları, Ermənistanı və bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər”.

Paşinyanın xalqa ili gün ərzində ermıni xalqına müraciətlərinə görə bir lider kimi onun hazırkı psixoliji vəziyyətini necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı “Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı ilə müzakirə edib.

Fərqanə Mehmanqızı: “Paşinyan sanki etdiklərinin məsuliyyətini daşımır kimi rəy formalaşdırır”.

Paşinyanın efirdə danışdığı zaman tez-tez əlini üzünə sürtdüyünə diqqət yetirən psixoloq PİA.az-a açıqlamasında bildirib ki, bu onun danışdıqlarını redaktə edə bilmədiyini və nə danışdığını bilmədiyinin göstəricisidir:

“Paşinyanın bədən dilindən, danışıq jestindən hiss olunur ki, adam paroniyakdır. Yəni Paşinyan olmayan şeyləri düşünür, xəyallarını həqiqət kimi zənn edir və bu xəyalları xalqa, ictimai mühitə də elə çatdırır. Bu insanda şəxsiyyətin ikiləşməsi prossesi gedir. O efirdə danışdığı zaman tez-tez əlini üzünə sürtür. Bu da onun danışdıqlarını redaktə edə bilmədiyini və nə danışdığını bilmədiyinin göstəricisidir.

Paşinyanda həmçinin özgüvənsizlik problemi var. Bir daha təkrar edirəm ki, onda şəxsiyyətin ikiləşməsi prissesi gedir. Paşinyan baş nazir olmaq üçün xalqa müraciət edəndə də, bu vaxta qədər olan çıxışlarında da bilinir ki, onda qeyri adekvatlıq var. Adam nə hərəkətlərinə, nə davranışlarına, nə də geyiminə diqqət etmir. Hətta Paşinyan tutduğu pozisyanı belə hələ də dərk etmir.

Belə tip adamlar adətən kənardan idarə olunur. Belə adamlar kənardan idarə olunduqları üçün onların bədən dili özünü satır. Paşinyan sanki etdiklərinin məsuliyyətini daşımır kimi rəy formalaşdırır.

Hər bir şəxs tutduğu mövqedən asılı olaraq etik qaydalara riayət etməlidir və öz doğru obrazını yaratmalıdır. Amma Paşinyan öz doğru obrazını yarada bilmir. Bu da onun şəxsiyyət iki şaxəli olmasından xəbər verir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar