Şənbə, 05 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Oljas Süleymenov: "Azərbaycan torpaqlarının azad olunacağına inanıram"

Qazaxıstanın tanınmış yazıçısı, ictimai xadim, diplomat, Azərbaycanın “Dostluq” və “Şöhrət” ordenləri ilə mükafatlandırılmış Oljas Süleymenov Azərbaycan xalqına müraciət edib.

“Report” xəbər verir ki, yazıçı bu tarixi günlərdə Azərbaycanın yanında olduğunu bildirib:

“Bu yaxınlarda Moskvadan gələn bir jurnalist mənimlə söhbət etdi. Sual verməzdən əvvəl qayıtdı ki, siz əlbəttə ki, Azərbaycanın tərəfindəsiniz. Dedim Azərbaycan futbol komandası deyil ki, onun tərəfdarı olum. Azərbaycan mənim doğma ölkəmdir, qardaş xalqdır. Bu böyük xalqın təəssübünü çəkirəmsə, bunu ürəkdən, səmimi qəlbdən çəkirəm. Vaxtilə, hələ sovet dövründə Bakıda, Gəncədə, Şuşada, Füzulidə gözəl günlərimiz olub. O vaxtlar oralara sərbəst gedib-gəlmək olurdu. İndi də orada baş verənlərdən xəbərim var. 30 ildir hamımız bu ağrı-acılarla yaşayırıq. 80-ci illərin sonu, 90-cı illərin əvvəlindən başlayan faciələr hamımızı kədərləndirir. Qara Yanvar günlərində də orada olmuşdum”.

O.Süleymenovun fikrincə, bu gün baş verənlər ATƏT-in Minsk qrupunun səriştəsizliyinin nəticəsidir: “Əfsuslar olsun ki, bu 30 il ərzində onlar heç bir iş görmədilər. Ona görə də Azərbaycan məcbur olub özü torpaqlarını azad etməyə başladı. Gəncəyə raket atıldığını eşidəndə, sözsüz ki, çox narahat oldum. Bu, qəti qadağan olunan hücumdur, xalis təxribat əməlidir. Beynəlxalq hüquqda da şəhərləri raket atəşinə tutmaq qadağandır. Ermənistan isə bu müddəanı kobud şəkildə pozur”.

Daha sonra qazaxıstanlı yazıçı qeyd edib:

“Ümidvaram ki, 30 ildir işğal altında olan torpaqlar azad olunacaq. Həmçinin Minsk qrupunun da Azərbaycanın öz torpaqları uğrundakı bu mübarizəsinə, öz gücü ilə azad etməsinə layiqincə qiymət verəcəyinə inanıram. Doğma Azərbaycana uğurlar, torpaqlarına əmin-amanlıq arzulayıram. Azərbaycan xalqına sevgimi, rəğbətimi bildirir, sülh və əmin-amanlıq, işıqlı günlər diləyirəm”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xocalı və Xankəndi ilə bağlı yeni xəbər - Video

Kəlbəcər məktəbində biabırçılıq: Prezidentin şəklinə görə pul yığırlar - Video

Xudavəngə gələn ermənilər kimdən icazə almalıdır? – Açıqlama

“Oktyabrda Paşinyan yanlış qərar verdi, bir korpus darmadağın edildi” – Köçəryan açıqladı

Xankəndinin birinci katibinin ikibaşlı oyunu - oğluna "nazir" vəzifəsi, özünə isə istefa

Hadrut meşələrində gizlənən erməni əsgərləri çarəsiz durumda - Kömək istəyiblər...

"Paşinyan Əliyevə cavab verə bilmir, çünki..." - Erməni general

Ramiz Mehdiyevin ortağı olan məşhur iş adamı karantində toy elədi – Adı niyə gizlədilib?

“Pulunuz yoxdursa, Zəngəzuru verin” - Rusiyalı politoloqdan Ermənistana təklif

Azərbaycanlı milyarderlərin Qarabağla bağlı susqunluğu…

Liqaçovla Qorbaçov Qarabağda nəyi “bölə bilməyiblər...”

loading...

Ən çox oxunanalar