Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniyalı futbolçu: "İnsanlar azərbaycanlı olduqları üçün qürur duyurlar"  

"Qarabağ" münaqişənin yaşandığı bölgənin adıdır. Baş məşqçi ölkəni və həmin bölgəni təmsil etdiyimizi açıq şəkildə izah edib".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ" klubunun ispaniyalı futbolçusu Xayme Romero ölkəsinin EFE nəşrinə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi ölkədəki hərbi vəziyyətə baxmayaraq normal həyat tərzində yaşadıqlarını bildirib: "Yalnız axşam saat 9-dan sonra küçəyə çıxmaq qadağandır. Arada bir fərq görmürük, təhlükə də yoxdur. Məni burada təsirləndirən vətəndaşların azərbaycanlı olduqları üçün qürur duymalarıdır. Avrokuboklarda oynamaq müharibə vəziyyətindəki ölkə üçün vacibdir".

Romero Ağdam təmsilçisində xoşbəxt olduğunu söyləyib: "Komandaya tez uyğunlaşdım. "Qarabağ" ardıcıl 8 il avrokubokların qrup mərhələsində oynayır. Bakı möhtəşəm şəhərdir. Koronavirus pandemiyası başlamazdan əvvəl valideynlərim və dostlarım buranı mütəmadi ziyarət edirdi".

İspaniyalı oyunçu Avropa Liqasının II turunda İspaniya "Vilyarreal"ına qarşı keçirəcəkləri görüş barədə danışıb: "Düşünürəm ki, matçın neytral meydanda, Türkiyədə keçirilməsi bizə ziyan verdi. Matç heç vaxt olmadığımız stadionda keçiriləcək. "Vilyarreal" qrupun favoritidir. Bizim üçün çətin olacaq. Rəqibin böyük heyəti və yüksək səviyyəli oyunçuları var. Matça qalib gəlmək üçün çıxacağıq. Ancaq məğlub da ola bilərik".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar