Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliya mətbuatında Ermənistan ordusunun Bərdəyə raket hücumuna dair məlumatlar çap olunub

İtaliyanın bir sıra kütləvi informasiya vasitələri, o cümlədən “Notizie Geopolitiche”, “Askanews”, “Agenzia Nova”, “Insideover”, “Polticamente Corretto”, “Gironale Diplomatico”, “Notize Yahoo”da Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozaraq döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyması və bunun mülki şəxslərin tələf olması və yaralanmasına səbəb olması ilə bağlı məlumatlar yayıblar.

Bu barədə APA-ya Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.

Məlumatlarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin baş verənlərlə bağlı açıqlamaları öz əksini tapıb, “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd azərbaycanlı mülki şəxsin, o cümlədən yeddi yaşlı qızın həlak olduğu, uşaq və qadınlar daxil olmaqla on dörd nəfərin ciddi xəsarət aldığı bildirilib.

 
Eləcə də, məlumatlarda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliya mətbuatına açıqlamalarına da geniş yer verilib. Diplomat bildirib ki, hər üç atəşkəs rejiminin elan olunmasından sonra Ermənistan cəbhə xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini raket atəşinə məruz qoyub, ilk iki dəfə Gəncədə, indi isə Bərdədə mülki şəxsləri və uşaqları qətlə yetirib, müharibə cinayətləri törədib.

“Atəşkəsə çağırış edən ölkələr nəhayət anlamalıdırlar ki, Ermənistan sülh yox, müharibə istəyir. Anlamalıdırlar ki, Ermənistanın məqsədi Azərbaycan torpaqlarını işğal altında saxlamaqdır və bunun üçün Ermənistan nəinki bütün bölgəni, hətta dünyanı belə böyük xaosa sürükləməyə belə hazırdır”, - deyə diplomat qeyd edib.

M. Əhmədzadə vurğulayıb ki, vəziyyətdən yalnız bir çıxış yolu var. Bütün dünya ictimaiyyəti Ermənistanı sülhə məcbur etməli və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etməlidir: “Təcavüzkar Ermənistanın aldadıcı yalvarışlarına, timsah göz yaşlarına inanmayın! Dünyanın Ermənistanın əsl simasını tanıması üçün daha nə qədər günahsız azərbaycanlı körpənin qanı axmalıdır? Bütün bunlardan sonra Azərbaycanın tələb etdiyi zəmanətlər olmadan atəşkəs tələb etmək Ermənistana Azərbaycan mülki əhalisini bombalamağa şərait yaratmaq deməkdir”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar