Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərlan Əhmədov azərbaycanlı futbolçuları SSRİ yığmasından erməninin kənarlaşdırdığını açıqlayıb

1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarına təsnifat xarakterli Avropa çempionatında Azərbaycan futbolçularının iştirak etməməsinin səbəbi müəyyənləşib.

Buna apasport.az saytına açıqlamasında futbol veteranı Tərlan Əhmədov aydınlıq gətirib.

O bildirib ki, 1990-cı ildə Avropa çempionu olan SSRİ-nin U-18 yığmasının heyətində yer alan Azərbaycan təmsilçilərinin milli karyeralarına erməni amili təsir edib. Həm Əhmədov, həm də Ruslan Lukin qitə çempionu olsalar da, 1991-ci ildə U-20-lər arasında dünya çempionatının və 1992-ci ildəki Olimpiadaya lisenziya xarakterli qitə birinciliyinin heyətindən qəsdən çıxarılıblar: “1990-cı ildə Macarıstanda Avropa çempionu olduq. Onun ardından dünya çempionatı gəlirdi. Hazırda Rusiya Futbol İttifaqında çalışan Nikita Simonyan həmin vaxt bir müddət SSRİ yığmalarının rəisi, daha sonra isə SSRİ Futbol Federasiyasında sədrin birinci müavini işləyib. SSRİ yığmalarının bütün siyahıları onun əlinin altından keçirdi. Dağlıq Qarabağda müharibənin qızğın vaxtları idi. O, Ruslan Lukinlə məni kənarda saxladı. Halbuki Avropa çempionatının ən yaxşı müdafiəçisi adına mən layiq görülmüşdüm, Lukin isə bizim yaş qrupunun bombardiri idi”.

 
Əhmədov uzun illər SSRİRusiya Futbol İttifaqında rəhbər vəzifədə çalışan Nikita Simonyanın ilk azərbaycanlı qurbanı olmadıqlarını xüsusi vurğulayıb: “Bizdə bir inzibatçı var idi, Bakıya bilet alanda dedi ki, vaxtilə İsgəndər Cavadovu, Maşallah Əhmədovu, Vəli Qasımovu siyahıdan çıxaran Simonyan bu dəfə də sənə eyni aqibəti yaşatdı, onun sizi görməyə gözü yoxdur. Gənc futbolçu idim, “Neftçi”də ən parlaq dövrümü yaşayırdım. Daha sonra MDB yığması yaratdılar, baş məşqçi də Boris İqnatev idi. Adımız siyahıya salınmışdı, amma sonradan nə baş verdisə, bizdən imtina etdilər”.

Millimizin sabiq kapitanı qeyd edib ki, inzibatçının dediklərini illər sonra tanınmış rusiyalı məşqçi Boris İqnatev də təsdiqləyib: “Neftçi”də çalışdığım vaxt Avstriyada təlim-məşq toplanışında idik və təsadüfən İqnatevlə görüşdük. Bildirdi ki, o vaxt bəzi insanlar sizin dəvətinizə qarşı çıxdılar, yığmaya yollanmağınıza imkan vermədilər. Həmin İqnatev həm də dünya çempionatında Arif Əsədovun baş məşqçisi olub. Sonradan məlum oldu ki, Simonyan münaqişəyə görə, MDB ölkələrinin yığmasında Azərbaycan nümayəndəsinin olmasını istəməyib”.

Qeyd edək ki, azərbaycanlı futbolçular olmadan uğursuz oynayan MDB yığması Barselona-1992-yə vəsiqə qazana bilməyib. 

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar