Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsi ermənilərin Bərdədə törətdiyi terrorla bağlı BMT-nin Uşaq Fonduna müraciət edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Uşaq Fonduna müraciət edib.

Komitədən APA-ya bildirilib ki, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq 27 oktyabr 2020-ci il tarxində günorta saatlarından başlayaraq GoranboyBərdə rayonları müxtəlif istiqamətlərdən intensiv atəşə məruz qoyub. Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində 4 nəfər dinc sakin həyatını itirib, 14 nəfər yaralanıb. Qətlə yetirilənlərdən 1-i, xəsarət alanlardan 4-ü azyaşlıdır. 

2020-ci il sentyabrın 27-sindən başlayaraq həyata keçirilən təxribatlar, döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq edilən hərbi cinayətlər nəticəsində 36 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 11 uşaq qətlə yetirilib. Bu, Ermənistan hərbi-siyasi rəhbərliyinin terrorçu əməllərinin növbəti təzahürüdür.

Ermənistanın işğalçı siyasi əməlləri bununla bitmir. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan beynəlxalq humanitar hüququn ən elementar normalarına məhəl qoymayaraq uşaqları hərbi əməliyyatlara cəlb edir". 

Müraciətdə qeyd olunub ki, bununla Ermənistan hökuməti "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyası və Konvensiyanın Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakültativ Protokolu, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyanı, eləcə də “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini kobud surətdə pozur.

pia.az


Etiket: BMT

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar