Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mərkəzi Bank reallığı demir,  problemli kreditlər azalmayıb” - Əkrəm Həsənov

Mərkəzi Bankln yaydığı çəlumata görə, problemli kreditlər ilin əvvəlinə nisbətən 16% az, son 1 ildə isə 25,9% azalıb...

Bank üzrə mütəxəssis: “Mərkəzi Bank reallığı demir və konkret rəqəmləri göstərmir. Çünki əslində xeyli problemli kredit ümidsiz olduğundan sadəcə artıq silinib”.

“Köhnə problemi kreditlərin bir hissəsi artıq hesabaltara daxil edilmir, yeni problemli kreditlərin isə hamısı hələlik hesabatlara daxil edilmir”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov Mərkəzi Bankın məlumatına görə azalan problemli kreditlərin səbəbini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 mlrd 069,5 mln manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,4% çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 16% az, son 1 ildə isə 25,9% azalıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,2% təşkil edib. Bu nisbət sentyabrın sonuna 7,3%, ötən ilin sonuna 8,3%, ötən il sentyabrın sonuna isə 10,1% olub.

Problemli kreditlərdə bu azalmanın səbələri ilə bağlı nə demək mümkündür və bank sektorunda sağlamlaşma prossesi gedirmi?

Mövzunu PİA.az-ın əməkdaşı bank üzrə mütəxəssis Əkrəm Həsənov ilə müzakirə edib.

Əkrəm Həsənov: “Problemli kreditlərin səsi gələn il gələcək”.

Mərkəzi Bank tərəfindən kreditlərin ödənişində gecikmə hallarının problemli kredit kimi tanımamasının sentyabrın 30-a uzadıldığını xatırladan ekspert PİA.az-a açıqlamasında bildirib ki, yeni problemli kreditlər sadəcə hesabatlarda hələlik problemli kimi tanınmır:

“Xeyr, əslində bu rəqəmlər həqiqəti əks etdirmir. Əvvəla, Mərkəzi Bank sadəcə faizləri göstərir. Mərkəzi Bank reallığı demir və konkret rəqəmləri göstərmir. Çünki əslində xeyli problemli kredit ümidsiz olduğundan sadəcə artıq silinib. Yəni nəticədə problemli kreditlər azalmayıb. Sadəcə onların əhəmiyyətli hissəsi artıq hesabatlara daxil edilmir.

Digər tərəfdən isə məlum olduğu kimi Mərkəzi Bank bu ilin aprelin 25-də banklara tövsiyə etdi ki, pandemiya ilə əlaqədar 30 sentyabradək kreditlərin ödənişində gecikmə hallarını problemli kredit kimi tanımasınlar. Sentyabrın 30-da həmin müddət Mərkəzi Bank tərəfindən yeni ilədək uzadıldı. Yəni yeni problemli kreditlər sadəcə hesabatlarda hələlik problemli kimi tanınmır.

Beləliklə, köhnə problemi kreditlərin bir hissəsi artıq hesabaltara daxil edilmir, yeni problemli kreditlərin isə hamısı hələlik hesabatlara daxil edilmir. Reallıqda isə təbii bu azalma deyil, artmadır. Sadəcə səsi gələn il gələcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar