Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generaldan açıqlama: “Ermənistan atəşkəsi Fransa və ABŞ-dan güc alaraq pozur”

“Cənubi Qafqaza NATO-nun gəlməsi Rusiya üçün qırmızı xətdir. Rusiya Azərbaycana da, Ermənistana da əhəmiyyət verir. Lakin bu ölkələrin görmədiyi risk var”.

PİA.az xəbər verir ki, bunu İstanbul Aydın Universitetinin müəllimi, ehtiyatda olan general Naim Babüroğlu deyib.

Professor bildirib: “Rusiya prezidenti Vladimir Putin açıqlamalarında Azərbaycanın torpaqlarının işğalda olduğunu qəbul edib. Amma ABŞ və Fransa bunu heç dilinə gətirməyib. Çünki bu ölkələr dünyada erməni lobbisinin ən güclü olduğu ölkələrdir. Atəşkəsin pozulmasının birinci səbəbi isə Azərbaycanın meydanda qazandığı uğur və Ermənistan ordusunun ardıcıl geri çəkilməsidir. Bu geri çəkilmə səbəbilə Ermənistan ordusunun motivasiyası olduqca aşağıdır. Bunu ört-basdır etmək üçün atəşkəsi pozurlar.

“Biz güclüyük” demək istəyirlər. ABŞ və Fransa da bunu dəstəkləyir.

Babüroğlu qeyd edib ki, Türkiyə və Rusiya Suriya və Liviya cəbhəsində iki əhəmiyyətli oyunçudur. Azərbaycan-Ermənistan cəbhəsində də belədir: “Cənubi Qafqaza NATO-nun gəlməsi Rusiya üçün qırmızı xətdir. Rusiya Azərbaycana da, Ermənistana da əhəmiyyət verir. Lakin bu ölkələrin görmədiyi risk var: ABŞ Rusiya ilə Türkiyənin savaşmasını istəyir. ABŞ Dağlıq Qarabağı fürsət olaraq görür”.  (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar