Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komissiyası: Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir - Foto

Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir.

PİA.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bildirib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına, həmçinin Cenevrə Konvensiyasının tələblərinə sadiqliyini ifadə edərək ErmənistanAzərbaycan Respublikasının humanitar atəşkəs elan olunması haqqında Moskva bəyannaməsindən sonra öz humanist mövqeyini bir daha vurğulayıb: “Belə ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 12 oktyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin başçısı ilə keçirilən görüşdə bir tərəfli qaydada Azərbaycan tərəfinin humanist addım kimi Ermənistan hərbçilərinə aid 30 nəfərin meyitinin və eyni zamanda Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Babayan Yevqeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviçin qarşı tərəfə verilməsi ilə bağlı bir tərəfli qaydada təklif verib. Bundan sonra Dövlət Komissiyasının digər səlahiyyətli nümayəndələri tərəfindən də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilən görüşlərdə bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq qarşı tərəfdən bu humanitar missiyaya heç bir cavab verilməyib. Bu da qarşı tərəfinin beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik etməsi ilə yanaşı, həmçinin Ermənistanın öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndirilir”.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar