Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb dünyasının “təəssüf hissi ilə” pərdələdiyi erməni cinayətləri...

Qərb dünyası Xocalı soyqırımı, Ermənistanın Azərbaycan şəhərlərinə, mülki insanlara qarşı törətdiyi cinayətlər barədə üstüörtülü şəkildə danışdığı halda, 1915-ci ildə baş verən köçürülmə hadisəsini “soyqırım” kimi qələmə verir...

Özcan Yeniçəri
“Yeniçağ” qəzeti, Türkiyə, 27 oktyabr 2020-ci il

SSRİ dağılan zaman Rusiya qüvvələrinin köməyi ilə Azərbaycan ərazisində Xocalı qətliamı baş vermiş və ölkənin 25% -i Ermənistan tərəfindən işğal edilmişdi. 7 rayon və Dağlıq Qarabağ 27 ildir ki, Ermənistanın işğalı altındadır. Bu müddətdə Ermənistan “daha çox torpaq almağa hazırlaşmaq” strategiyasına uyğun olaraq dəfələrlə Azərbaycan torpaqlarına hücum edib. Azərbaycan ordusu da meydanda gücünü göstərdikcə Ermənistanın ənənəvi vur-qaç taktikasının artıq işə yaramadığı aydın oldu. İşğalçı, təcavüzkar və təkəbbürlü erməni qüvvələri meydanda Azərbaycan əsgərlərinə qarşı məğlub olaraq geri çəkilməyə başlayıblar. İşğal olunmuş Azərbaycan torpaqları da bir-bir azad edilir. Ona görə də, erməni ordusu tarixdə ən yaxşı bildiyi şeyi, yəni terror oyununu oynamağa başlayıb. Rusiyadan aldığı Qrad və Ballistik raketlərlə mülki əhalini, evləri, məktəbləri, bazarları, şəhərləri vurmağa başlayıb.

Ermənistandan atılan raketlərlə müharibə xəttindən kənarda evlərində yatan azərbaycanlılar qətlə yetirilib.

Müharibə vaxtı şəhərlərə, məktəblərə, evlərə, bir sözlə mülki insanlara hücum etmək bəşəri bir cinayətdir. Bəşəriyyətin gəldiyi bu mərhələdə insanlara qarşı cinayətlər törədənlərin bu qırğınlara görə hesab verməsi tələb edilməlidir.

Lakin Qərb bu cinayətin kim tərəfindən törədildiyindən asılı olaraq məhkəmə prosesləri aparırlar. Minsk qrupu Qərb ölkələrində insanlığa qarşı törədilən cinayətlərə münasibətdə də riyakar davranır. Azərbaycanda ermənilərin törətdikləri bəşəri cinayətlərə münasibətdə də ABŞ, Rusiya və AB eyni mövqeni sərgiləyirlər.

Azərbaycanın Gəncə şəhərində ermənilərin mülki əhaliyə hücumuna verilən reaksiya da bunum sübutudur. Gəncədə 13 mülki şəxsin, o cümlədən uşaqların öldürüldüyü hücumdan sonra AB buna 16 saat susdu. Nəhayət, Avropa Şurasının sözçüsü Ermenistanın törətdiyi cinayətin adını çəkmədən: “AB mülki şəxslərin ölümünə səbəb olan hücumlara görə təəssüf edir”, deyə bir açıqlama verib.

Cəbhədə əsgərlər qarşısında məğlub olduğu üçün intiqamını müharibədən kənardakı evlərdən, sivillərdən və şəhərlərdən alan Ermənistanın cinayətinə məhəl qoymayan bir digər açıqlama da HDP millət vəkili Qaron Paylan tərəfindən verilib. Bu şəxs Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi parlament sorğusunda yazıb:

“Qarabağdakı müharibədə hər iki tərəf mülki yaşayış məntəqələrinə hücum edir. AzərbaycanErmənistan qüvvələri mülki yaşayış məntəqələrinə hücumları dərhal dayandırmalıdır. Ölən mülki şəxslər Azərbaycan türkləridir, mərmilərin vurduğu şəhərlər Gəncə və Tərtər kimi türk şəhərləridir. Müharibə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində gedir. Ermənistan Azərbaycan ərazisində hərbi işğal həyata keçirir və orada mülki yaşayış yeri yoxdur”.

Bu üslub və yanaşma 1915-ci ildə köçürülmədən bəri çoxdan hər kəsə çox tanışdır. Bu vəziyyətdə yalnız türklərin düşməni deyil, həm də böcək, quş, tısbağa, su, torpaq və təbiətin düşməni olan PKK-nın Hatayda yandırdığı meşələrlə bağlı HDP-nin verdiyi açıqlamanı da xatırlayaq.

HDP ağası olan PKK-nın Hatayda yandırdığı meşələrlə əlaqədar olaraq demişdi:

“Harada və hansı səbəbdən olursa olsun, təbiətə qarşı edilən hər cür hücum bütün bəşəriyyətə qarşı edilmiş hücumlar qədər ağır bir cinayətdir. Bu səbəbdən, kimin etdiyindən asılı olmayaraq, təbiətə qarşı edilən hər cür hücumu qınayırıq”.

Cinayətkar məlum olduğu halda, onun adını göstərmədən “haradan gəlirsə gəlsin”, “kim yandırsa da”, “hər iki tərəf” tipli ifadələrlə başlayan cümlələrin məqsədi cinayətkarı qorumaqdır.

Qərb dünyası Xocalı soyqırımı, Ermənistanın Azərbaycan şəhərlərinə, mülki insanlara qarşı törətdiyi cinayətlər və PKK-nın Türkiyədəki mülki əhaliyə qarşı həyata keçirdiyi kütləvi qətllər barədə üstüörtülü şəkildə danışdığı halda, 1915-ci ildə baş verən köçürülmə hadisəsini “soyqırım” kimi qələmə verir. Hər şeyi öz adı ilə çağırmamağın necə əsassız olduğu elə buradan aydın olur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Ermənistan Qərb

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar