Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Əmirbəyov: “Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edir”

Azərbaycan bu gün öz gücü hesabına tarixi ədaləti bərpa edir”.

Bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov “Əl-Cəzirə” telekanalının xəbərlər buraxılışının canlı yayımında deyib.

Ermənistanın növbəti, üçüncü dəfə Vaşinqtondakı görüşlər nəticəsində elan edilmiş humanitar atəşkəsi kobud şəkildə pozduğunu bildirən E.Əmirbəyov Azərbaycan tərəfinin rəsmi İrəvanın bu dəfə öhdəliklərini yerinə yetirəcəyinə dair xüsusi illüziyalarının olmadığını vurğulayıb.

“Paşinyan döyüş əməliyyatlarının həqiqətən dayandırılmasına razı ola bilməz. Çünki müharibədən sonra döyüş meydanında alçaldıcı məğlubiyyətə uğrayan Ermənistan ondan sentyabrın 27-də başladığı avantüranın hesabatını tələb edəcək. O həmçinin başqasının torpağı uğrunda döyüşmək üçün ölümə göndərdiyi erməni hərbçilərin ata-anaları qarşısında cavab verməli olacaq”, - E.Əmirbəyov söyləyib.

Onun sözlərinə görə, Paşinyan məhz bu səbəbdən hər dəfə vasitəçilərə yeni atəşkəs elan olunması barədə yalvarır, amma fasilədən sülhə nail olmaq üçün yox, şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərə nəzarəti yenidən bərpa etmək xəyali ilə yeni silah və texnika partiyalarını gətizdirmək üçün istifadə etmək istəyir. “Eyni zamanda, Ermənistan hərbçiləri əsasən dinc azərbaycanlı mülki əhalini raket və top atəşinə tuturlar ki, bu da artıq 65 nəfərin ölümünə və 300-dən çox insanın yaralanmasına səbəb olub”, - Birinci vitse-prezidentin köməkçisi bildirib.

Bakının mövcud şəraitdə münaqişənin həllini necə gördüyü barədə suala E.Əmirbəyov Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə sadiq qaldığını, lakin əsas məqsədinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünün ən qısa zamanda bərpası olduğunu vurğulayıb. “Bunu etmək üçün yalnız iki yol var.

Birincisi, Ermənistan atəşi dərhal dayandırmalı, onun rəhbərliyi isə bütün silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması barədə ictimai öhdəlik götürməli, bu baxımdan ən qısa müddətdə belə geriçəkilmə cədvəlini bizimlə razılaşdırmalı və bundan sonra tərəflər siyasi tənzimlənmənin mahiyyət etibarilə bütün digər aspektlərinə dair danışıqlara başlamalıdır.

İkincisi, Ermənistan döyüş meydanında mənasız müqavimət göstərməyə davam edir, vasitəçilərin tərəfləri sülh prosesi yoluna qaytarmaq cəhdlərini rədd etməyə davam edir və bununla da Azərbaycanı legitim qeyri-diplomatik vasitələrlə son məqsədə çatmağa məcbur edir. Seçim Paşinyanındır, amma onun çox da vaxtı yoxdur”, - E.Əmirbəyov söyləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar