Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının 3 qəsəbəsinin memarlıq planlaşdırılması üzrə müsabiqə elan edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı qəsəbələrinin memarlıq simasının qorunması və canlandırılması işində memarları və peşəkar cəmiyyəti fəal iştirak etməyə dəvət edir.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Ramana, Pirşağı və Əmircan qəsəbələrinin memarlıq planlaşdırma həlləri üzrə müsabiqə elan edib.

Müsabiqə proqramı “Abşeron Siması” (www.absheronsimasi.az) saytında təqdim edilib.
Abşeron yarımadasının ərazisi yaşayışın mövcud olduğu ilk zamanlardan əvəzsiz mədəniyyət nümunələri ilə zəngin olub. Burada yerləşən və uzaq keçmişdən müasir dövrümüzədək gəlib çıxmış dəyərli tarixi-memarlıq abidələri özündə Şərq və Qərb memarlığının nümunələrini birləşdirir, müxtəlif mədəniyyət və sivilizasiyalarının izlərini yaşadır. Son illər ölkəmizin bütün ərazisində olduğu kimi, Bakıda və yerləşdiyi Abşeronda da aparılan nəhəng abadlıq-quruculuq, bərpa və yenidənqurma işləri sayəsində yarımadanın görkəmi daha da gözəlləşir, yeni-yeni möhtəşəm və təkrarsız tikililər inşa olunur.
Görülən işlərə təkan vermək, Abşeronun memarlığını qorumaq, milli incəsənət ruhunu yaşatmaq, həmçinin özünəməxsus rəng çalarlarını yenidən canlandıraraq gələcək nəsillərə ötürmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşəbbüsü ilə, Azərbaycan Memarlar İttifaqı və "Bakı Abadlıq Xidməti" MMC ilə birgə təşkil olunan "Abşeron qəsəbələrinin memarlıq siması" adlı memarlıq müsabiqəsi elan edilib. Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək müsabiqə proqramının ilkin mərhələsində təqdim olunan layihələrdə Ramana, Pirşağı və Əmircan qəsəbələrinin estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.

Ümumi mükafat fondu 60 000 manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. İştirakçılar yuxarıda qeyd olunan qəsəbələrdən birini və ya bir neçəsini seçmək hüququna malik olsalar da, seçilmiş hər bir ərazi üzrə ayrılıqda bir layihə təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər 25 noyabr 2020-ci il tarixinədək qeydiyyatdan keçməli, layihələr isə 10 dekabr 2020-ci il saat 18:00-dan gec olmayaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır.
21 dekabr 2020-ci il tarixində elan olunacaq nəticələrə əsasən münsiflər heyətinin seçdiyi 4 nəfər mükafatlandırılacaq. 1-ci yerin sahibinə 10 000 manat mükafat və 1-ci dərəcəli diplom, 2-ci yerin sahibinə isə 5 000 manat və 2-ci dərəcəli diplom veriləcək. 3-cü yerin sahibləri (iki yer) isə hər biri 2 500 manat və 3-cü dərəcəli diplomla mükafatlandırılacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Qeyd edək ki, müsabiqədə iştirak pulsuzdur.
Layihələr müsabiqəyə tam tərkibdə təqdim olunmalıdır. Seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi dəvət olunacaqdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qeydiyyatdan keçmək, habelə müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla tanış olmaq üçün bu məqsədlə xüsusi hazırladığı “Abşeron qəsəbələrinin memarlıq siması” internet səhifəsini (www.absheronsimasi.az) ziyarət edərək tanış olmağa dəvət edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar