Bazar ertəsi, 30 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Erməni hərbçiləri arasında qarşıdurma ən yüksək həddə çatıb - Video

Ermənistan ordusunun hərbçiləri arasındakı nizam-intizamsızlığa dair yeni videogörüntü yayılıb.

“Report”un məlumatına görə, hərbçilər arasındakı dialoqda əsgərlərin acınacaqlı durumda olduğu, habelə zabit-əzgər münasibətlərindəki qarşıdurmanın ən yüksək həddə çatdığı əks olunur.

- Biz 10 gündür ki, bura gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq.

- Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam.

- Nə edəcəyimizi bilmirik.

- Qaçanda bilməyəcəksiniz də!

- Silah atəş açmır!

- Ver bura! Baxım görüm! Silahın atəş açmır?! Silahı hər dəfə atəş açandan sonra təmizləmək lazımdır. Bəs palçığın içində dava edirsən! (silahdan atəş açır-red) Niyə atəş açdı?! Al tut! (silahı verir-red) Gəlin irəli! İndi mənimlə birlikdə piyada vuruşmağa gedirik!

- Mən konkret irəli getməyəcəyəm!

- Bunun üzünü çəkin! Birləşdir, bunun üzünü göstər.

- Birləşdirmə! Birləşdir! Sözümü deyim! Deyim ki, yiyəsiz camaatın çəkməsi yoxdur ki, geyinsin.

- Bəs ayağınızdakı nədir?!

- Mənim varımdı. O birinin yoxdur?!

- Kimin yoxdur?!

- "Buşlat" yoxdur, yağış, palçığın içindədirlər.

- Yalan deyirsən! Mən hərbi hissə komandiriyəm. Millət, baxın! Bizim erməni xalqı neçə geri qaçır!

- Millətim, baxın! Erməni xalqı qaçmır. Erməni xalqının yiyəsi yoxdur, erməni xalqına xəyanət ediblər!

- Hərbi hissə komandiri cənab Mikayelyan, mən bunu sizə şəxsən göndərəcəm. Bu sözləri deyən, danışan razdanlıdır.

- Cənab Mikayelyan, sizin həmkəndlinizəm, Vartgezin oğluyam. Yiyəsizik! "Roqatka" ilə deyirlər ki, gedin! Silah istəyirik. Deyirlər ki, yoxumuzdur. Deyirlər, piyada tankın önünə gedin!

Baxın, çiynində "roqatka" dır?! Mən bu videonu şəxsən sənə göndərəcəyəm. Yayloyandır. Baxın, erməni milləti sənin müdafiəçilərin neçə qaçır!

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa...” - Paşinyan

Razılaşma pozulur? - Ermənistan Dağlıq Qarabağdan qoşunlarını çıxarmayacaq...

Ermənilər Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - Fotofakt

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” - Sabiq erməni səfir

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - Video

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi

ABŞ generalı Türkiyə və Azərbaycanı dəstəkləməyə çağırdı

Müdafiə Nazirliyindən sülhməramlılarla bağlı açıqlama - Video

“Böyük bir müharibə başlaya bilər...” - Senatordan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay