Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər “fake” videoları necə hazırlayır? - Video

Ermənistanın rəsmi və qeyri-rəsmi məlumat mənbələri üçün saxta, ya müasir dillə desək “fake” məlumatların yayılması adi hal olub. “Fake” xəbərlər və saxta videolar erməni tərəfinin informasiya müharibəsinin əsas silahına çevrilib.

Azərbaycan sərhədçisi formasında suriyalı silahlıların olması mövzusu son bir ayda Ermənistan hakimiyyət orqanlarının Rusiya və Qərbin bir sıra mediasında yayılan sevimli “fake”lərindəndir. Erməni təsiri altına düşən əcnəbi jurnalistlər də bu məlumatlara inanır və hətta yoxlamağa belə tənəzzül etmirlər.

Məsələn, materiallarda gedən “muzdluların” adlarının bir neçə il əvvəl öldürülən suriyalıların açıq siyahısında olduğu dəfələrlə sübut edilib.

Bu günə qədər erməni tərəfi nəinki əhəmiyyətli dəlillər təqdim etməyiblər, hətta İŞİD üzvü olan suriyalı terrorçuların marketlərə soxularaq araq şüşələrini qırdıqları, bundan başqa “öldürülən muzdluların” cəsədlərinin “Araks bataqlığında” qabanların parçaladığına dair ağlasığmaz ifadələri ilə məşhur olublar.

Sonra informasiya məkanını Ermənistan hakimiyyətinin əsassız açıqlamalarını guya təsdiqləyən saxta video kliplər dalğası bürüdü. Halbuki belə bir videonun hazırlanması çox zəhmət tələb etmir, bunun üçün Suriyadakı döyüşlər haqqında internetdə tapılması asan olan video materiallardan istifadə etmək, sonra titrlər qoymaq və redaktə etmək kifayətdir. Yaxşı səy göstərilsə, peşəkar səs aktyorluğu və səhnə qurmaqla daha inandırıcı material yaratmaq mümkündür.

“Karabakh is Azerbaijan” “Telegram” kanalının təşəbbüs qrupunun hazırladığı nümunədə terrorçular barədə “fake” materialı hazırlamağın nə qədər asan olduğunu görmək olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar